İrland dili

İrlandiyanın rəsmi dili

İrland dili — İrlandiyada və Şimali İrlandiyada danışılan dil. İrland hökumətinin 2004-cü ilə olan rəsmi məlumatına görə İrlandiya Respublikasında irland dilini bilən 1 570 894 nəfər yaşayır. Onlardan 339 541 nəfər irland dilindən gündəlik danışıqlarında istifadə edirlər. 155 039 nəfər həftədə bir dəfə, 585 300 nəfər daha az, 459 657 nəfər isə demək olar ki, heç vaxt bu dildə danışmırlar. 31 357 nəfər dildən istifadə ilə bağlı suala cavab verməmişdir. Amma bir çox irland dili təəssübkeşləri və peşəkar dilçilər bu göstəricilərə şübhə ilə yanaşırlar. Onlar gündəlik danışıqlarında irland dilindən yalnız 65 min insanın istifadə etdiyini bildirirlər.

İrland dili
Orijinal adıGaeilge
Ölkələrİrlandiya, Böyük Britaniya, ABŞ, Kanada
Rəsmi statusİrlandiya, Şimali İrlandiya,
Tənzimləyən təşkilatİrlandiya dili şurası
Danışanların ümumi sayı1,66 milyon (2006) (bura İrlandiyada dili bu və ya digər dərəcədə bildiyini elan edən bütün şəxslər daxildir)
Təsnifatı
KateqoriyaAvrasiya dilləri

Hind-Avropa dilləri

Kelt dilləri
Goydel dilləri
Yazılatın əlifbası
Dil kodları
QOST 7.75–97ирл 220
ISO 639-1ga
ISO 639-2gle
ISO 639-3gle
Dilin strukturlarının dünya atlasıird, iri, irm
Atlas of the World’s Languages in Danger362
Ethnologuegle
Linguasphere50-AA
ABS ASCL1102
ELCat3437
IETFga
Glottologiris1253
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar