Lüksemburq dili

Lüksemburq dili (öz dilində adı — Lëtzebuergesch) — Lüksemburq əhalisinin gündəlik danışıqda istifadə etdiyi dillərdən biri (fransızalman dilləri ilə yanaşı). 1984-cü ildə rəsmi dil statusu alıb.

Lüksemburq dili
Orijinal adıLëtzebuergesch ['lətsəbuərjəʃ]
ÖlkələrLüksemburq, Belçika, Fransa, Almaniya
RegionlarSaarland
Rəsmi statusLüksemburq
Danışanların ümumi sayı300 min
Təsnifatı
KateqoriyaAvrasiya dilləri

Hind-Avropa dilləri

German dilləri
Qərbi german dilləri
Yuxarı alman dilləri
Yazılatın əlifbası
Dil kodları
QOST 7.75–97люк 409
ISO 639-1lb
ISO 639-2ltz
ISO 639-3ltz
Dilin strukturlarının dünya atlasılux
Ethnologueltz
Linguasphere52-ACB-db
ABS ASCL1302
IETFlb
Glottologluxe1244
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Təsnifatı

Lüksemburq dili Hind-Avropa dilləri ailəsinin german dilləri qrupuna daxildir. Alman dialektologiyasında bu dil mozel-frank dilaketinə aid (yuxarı alman yarımqrupuna daxil olan orta alman qrupu) qərbi alman, orta alman mədəni dialekti kimi təsnifatlandırılır.

Amma, Lüksemburq dilinin ayrı dil kimi təsnifatlandırılmasının əsas səbəblərindən biri ana dili standart alman dili (yuxarı alman dili — Hochdeutsch) olanların bu dili başa düşmələrində çətinlik çəkmələridir.

Lüksemburq dilinin bir sıra dialektləri də mövcuddur:: Areler, Eechternoocher, Kliärrwer, Miseler, Veiner, Weelzer və s. Qərbdən şərqə doğru Lüksemburq dili digər mozel-frank dialekləri ilə əvəz olunur.

Coğrafi arealı

Dünyada 300 min nəfər Lüksemburq dilində danışır. Onlardan 250 mini Lüksemburqda (Böyük Lüksemburq Hersoqluğu) yaşayır.