Böyük Çin

han çinliləri ilə ticarət və mədəni əlaqələri paylaşan qeyri-rəsmi bir coğrafi ərazi

Böyük Çinhan çinliləri ilə ticarət və mədəni əlaqələri paylaşan qeyri-rəsmi bir coğrafi ərazi.[1][2][3] "Böyük Çin" anlayışı əsasən Şərqi Asiyadakı materik Çini, Honkonq, MakaoTayvanı əhatə edən bir bölgəni nəzərdə tutur.[4][5][6] Bəzi analitiklər Sinqapurda olduğu kimi dünyada yaşayan digər çinli icmaları da əhatə edirlər. Bu termin bəzən "regional çinli icmalar arasında əlaqələri" əhatə etmək məqsədilə ümumiləşdirilmişdir.[7][8]

Böyük Çin
Sadələşdirilmiş çincə: 大中华
Ənənəvi çincə: 大中華
1944-cü ildə çəkilən ABŞ propaqanda filmi "Çin uğrunda döyüş"də təsvir olunan "Çin" xəritəsi. Burada Çin Respublkası olaraq kontinental Çin, Mançuriya, Monqolustan, Sincan və Tiber ərazilərini göstərilmişdir.

İstifadəsi

Çoxmillətli korporasiyalar öz regional qərargahlarını adlandırmaq üçün bu ifadədən tez-tez istifadə edirlər. Məsələn, "Procter & Gamble" şirkəti fəaliyyəti eyni zamanda HonkonqTayvanı da əhatə edən Quançjou şəhərindəki regional qərargahını adlandırmaq üçün bu ifadədən istifadə edir.[9] "Apple" şirkəti Şanxay şəhərindəki regional qərargahı üçün bu addan istifadə edir.[10][11] Kolumbiya Universiteti kimi tədqiqat qurumları və universitetlərdə bölgə üzrə aparılan araşdırmalarda bu termindən istifadə edir.[12]

Bu termin tez-tez Tayvanın siyasi statusu ilə bağlı həssaslıqların qarşısını almaq üçün istifadə olunur.[13]

Tarixi

Bu termin uzun müddətdir istifadədir, lakin tarixən fərqli mənalarda istifadə olunmuşdur.

1930-cu illərdə amerikan coğrafiyaşünas Corc Kressi materik Çini əvəzinə, bütün Çin imperiyasına xitab etmək üçün bu ifadədən istifadə etmişdir. "Böyük Çin"in 1940-cı illərdə ABŞ-nin dövlət tərəfindən tərtib edilən xəritələrində siyasi bir termin olaraq istifadəsi Çin Respublikasının iddia etdiyi əvvəlki Tzin imperiyasının ərazilərini əhatə etmişdir.[14]

Anlayış 1970-ci illərin axırlarında ÇXR ilə Honkonq arasında artan ticarət əlaqələrinə xitab etmək məqsədilə yenidən Çindilli mənbələrdə istifadə edilməyə başlamışdır. İngiliscə termin sonradan 1980-ci illərdə bölgələr arasında artan iqtisadi əlaqələrə və siyasi birləşmə ehtimalına xitab etmək üçün yenidən populyarlaşmışdır.[14] Bu, Avropa İttifaqı, ASEAN və ya Afrika İttifaqı kimi institusional bir təşkilat deyil. Anlayış iqtisadi cəhətdən sıx əlaqəli olduğu görünən bir neçə bazarı qruplaşdırmaq üçün bir ümumiləşdirmədir və suverenliyi nəzərdə tutmur.[13] Həmçinin, ifadə həmişə Tayvanı əhatə etmir, məsələn, "Cisco Systems" bazara xitab etmək üçün "Böyük Çin və Tayvan" ifadəsindən istifadə edir.[15]

İstinadlar