Barium sulfat

[2]Barium sulfat (BaSO4) - sulfat turşusunun barium duzu.

Barium sulfat
Ümumi
Sistematik adıBarium sulfat
Kimyəvi formuluBaSO4
Molyar kütlə233,38 q/mol
Fiziki xassələri
Sıxlıq4,5 q/sm³
Termik xüsusiyyətlər
Ərimə nöqtəsi1580 °C °S
Parçalanma temperaturu- 2912±1 °F °S
Buxarın təzyiqi0 Paskal[1]
Təsnifatı
CAS-da qeyd. nöm.7727-43-7
PubChem
RTECSCR0600000
ChEBI133326
ChemSpider

Təbiətdə tapılması

Təbiətdə - barıt mineralı şəklində tapılır. Rəngsiz kristal maddədir. Suda, demək olar ki, həll olunmur (180C-də 1 l suda 2 mq).

Alınması

Qatı və duru sulfat turşusu bariumun suda həll olan duzları ilə reaksiyaya girərək barium sulfatın ağ rəngli çöküntüsünü əmələ gətirir:

Bu reaksiya analitik kimyada Ba2+ və SO4 2- ionlarını təyin etmək üçün istifadə edilir.

Kimyəvi xassələri

Barium sulfat qatı sulfat turşusu ilə reaksiyaya daxil olaraq turş duz – barium –hidrosulfat əmələ gətirir:

Yüksək temperaturda (1600 °C)barium sulfat parçalanır


Tətbiqi

Litoponun alınmasında, dərin neft quyularının qazılmasında (ağırlaşdırıcı maddə kimi), müşəmbə, linolium, kağız və rezin istehsalında, rentgen şualarını yaxşı udduğu üçün tibbdə rentgenoloji müayinələrdə, o cümlədən mədə- bağırsaq sistemin müayinəsində işlənilir.

Mənbə