Sıxlıq

Sıxlıq — cismin kütləsinin onun həcminə nisbətinə bərabər olan fiziki kəmiyyətə deyilir. BS-də vahidi kq/m³-dir. Sıxlıq skalyar kəmiyyətdir. Maddələrin sıxlıqları müxtəlif olur. Suyun sıxlığı 1000 kq/m³-dir.

Sıxlıq
Ölçü vahidi
BSkq/m³
SQSq/sm3
Qeyd
Skalyar kəmiyyət
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Düsturu

Sıxlığın düsturu aşağıdakı kimi ifadə olunur[1]:

Burada "m" — cismin kütləsi, "V" — cismin həcmidir. Sıxlığın BS-də vahidi kq/m³, SQS-də isə q/sm³-dir.

  • Bəzən qazların sıxlıqlarını hesablayan zaman aşağıdakı düsturdan istifadə edilir.

Burada "M" — qazın molyar kütləsi,  — qazın molyar həcmidir (normal həcmdə qazın həcmi 22,4 l/mol-dur).

Bir sıra qazların sıxlığı

Qazların və buxarların sıxlığı (0 °C, 101, kq/m³
Azot1,250Oksigen1,429
Ammonyak0,771Kripton3,743
Arqon1,784Ksenon5,851
Hidrogen0,090Metan0,717
Su buxarı (100 °C)0,598Neon0,900
Hava1,293Karbon qazı1,977
Xlor3,164Helium0,178
Etilen1,260

İstinadlar