Bayroyt festivalı

Bayroyt festivalı (alm. Bayreuther Festspiele‎) — Rixard Vaqnerin musiqi dramları ifa olunduğu illik yay festivalı. Əsası bəstəkarın özü tərəfindən qoyulub. Bavariyanın Bayroyt şəhərində xüsusi olaraq bu məqsədlə tikilmiş teatrda keçirilir.

Bayroytda Festivallar sarayı, 16 iyul 2006-cı il

Festival İkinci dünya müharibəsinəcən olan dövrdə

Birinci festival 1876-cı ilin 13 avqust tarixində açılmışdır. Burada "Nibelunq üzüyünün" tam premyerası baş vermişdir. Maliyyə çatışmazlığı səbəbindən növbəti festiival yalnız 1882-ci ildə keçirilmişdir. Bu festival "Parsifal operasının premyerası ilə müşayiət olunmuşdur.

Vaqnerin ölmündən sonra festivala onun arvadı Kozima rəhbərlik etmişdir, 1908-ci ildən isə festivalın başına onların bundan öncə də festivalda dirijor və rejissor kimi yer almış oğlu Ziqfrid keçmişdir. Onun rəhbərliyi dövründə o, dövrü üçün novatorluq kimi qəbul olunan yeni səhnə texnikası və işıqlandırmadan istifadə etmişdir. Onun ölümündən sonra ta İkinci dünya müharibəsinin sonunacan festivala onun arvadı Vinifred rəhbərlik etmişdir.

«Yeni Bayroyt»

1951-ci ildə müharibədən sonra ilk festival açıldı və o zamandan festival (müharibədən əvvəlki dövrdən fərqli olaraq) hər il keçirilir. Festivalın rəhbərlər Ziqfrid Vaqnerin oğulları - Viland və Volfqanq oldular. Bu sahədə öz tamaşaları ilə Viland xüsusi şöhrət qazandı. Onun minimalizmə meyl edən novator olan üslubunda əsas vurğu qəhrəmanların daxili hissləri üzərinə düşürdü, buna görə də çıxışlar üçün ən yüksək səviyyəli peşəkar ifaçı-aktyorlar cəlb olunurdular. Bu dövrdə burada aparıcı "vaqnerçi" ifaçılar çıxış etmişdilər: Birgit Nilson, Astrid Varnay, Marta Mödl, Krista Lüdviq, Volfqanq Vindqassen, Lüdviq Zuthaus, Hans Hotter, Corc London, Qustav Naydlinger, Yozef Qrayndl, Qotlob Frik və başqaları.

Viland Vaqnerin vəfatından (1966) sonra festivala təkbaşına onun qardaşı Volfqanq başçılıq etmişdir.

Son illər müasir postmodernik rejissorluğa meyl güclənmişdir. Belə ki, 2004-cü ildə "Parsifalın" səhnələşdirilməsi üçün qalmaqallı rejissor Kristof Şlingenzif dəvət olunmuşdur. Onun işi tamaşaçılar arasında çox ziddiyyətli reaksiyaya səbəb oldu.

Festivalın rəhbərləri

  • 1876—1882 — Rixard Vaqner
  • 1883—1906 — Kozima Vaqner
  • 1908—1930 — Ziqfrid Vaqner
  • 1931—1944 — Vinifred Vaqner
  • 1951—1966 — Viland Vaqner və Volfqanq Vaqner
  • 1967—2008 — Volfqanq Vaqner
  • 2008-ci ildən - Katarina Vaqner və Yeva Vaqner-Paskye

Festivalın dirijorları

  • Hans Rixter — 1876, 1888-89, 1892, 1896-97, 1899, 1901-02, 1904, 1906, 1908, 1911-12;
  • Herman Levi — 1882-84, 1886, 1889, 1891-92, 1894;
  • Frans Fişer — 1882-84, 1899;
  • Feliks Mottl — 1886, 1888, 1889, 1891, 1892, 1894, 1896-97, 1901-02, 1906;
  • Rixard Ştraus — 1894, 1933-34;
  • Ziqfrid Vaqner — 1896-97, 1899, 1901-02, 1904, 1906, 1908-09, 1911-12, 1914, 1928;
  • Anton Zaydl — 1897;
  • Karl Muk — 1901-02, 1904, 1906, 1908-09, 1911-12, 1914, 1924-25, 1927-28, 1930;
  • Mixael Ballinq — 1904, 1906, 1908-09, 1911-12, 1914, 1924-25;
  • Frans Baydler — 1904, 1906;
  • Frits Buş — 1924;
  • Villibald Keler — 1924-25;
  • Karl Elmendorf — 1927-28, 1930-31, 1933-34, 1938-42;
  • Frans Hösslin — 1927-28, 1934, 1938-40;
  • Arturo Toskanini — 1930-31;
  • Vilhelm Furtvenqler — 1931, 1936-37, 1943-44, 1951, 1954;
  • Hayns Tityen — 1933-34, 1936-39, 1941, 1959;
  • Viktor de Sabata — 1939;
  • Rixard Kraus — 1942;
  • Herman Abendrot — 1943-44;
  • Hans Knappertsbuş — 1951-52, 1954-64;
  • Herbert fon Karayan — 1951-52;
  • Yozef Kaylbert — 1952-56;
  • Paul Hindemit — 1953;
  • Yoxum Oygen — 1953-54, 1971-73;
  • Klemens Krauss — 1953;
  • Andre Klüitans — 1955-58, 1965;
  • Volfqanq Zavalliş — 1957-62;
  • Erix Laynsdorf — 1959, 1972;
  • Lovro fon Mataçiç — 1959;
  • Rudolf Kempe — 1960-63, 1967;
  • Ferdinand Laytner — 1960;
  • Lorin Maazel — 1960, 1968-69;
  • Yozef Krips — 1961;
  • Karl Böm — 1962-71, 1976;
  • Tomas Şippers — 1963;
  • Robert Heger — 1964;
  • Berislav Klobuçar — 1964, 1967-69;
  • Otmar Suitner — 1964-67;
  • Pyer Bulez — 1966-68, 1970, 1976-80, 2004-05;
  • Karl Melles — 1966;
  • Alberto Erede — 1968;
  • Horst Ştayn — 1969-84, 1986;
  • Silvio Varvizo — 1969-74;
  • Hans Vallat — 1970-71;
  • Henrix Hollrayzer — 1973-75;
  • Karlos Klayber — 1974-76;
  • Hans Sender — 1975;
  • Kolin Devis — 1977-78;
  • Dennis Deyvis — 1978-80;
  • Edo de Vaart — 1979;
  • Faniel Barenboym — 1981-83, 1986-99;
  • Mark Elder — 1981;
  • Voldemar Nelson — 1981-82, 1984-85;
  • Peter Şnayder — 1981-82, 1984-91, 1993-94, 1998-99, 2005-06;
  • Ceyms Levayn — 1982-85, 1988-98;
  • ser Corc Şolti — 1983;
  • Cuzeppe Sinopoli — 1985-87, 1989—2000;
  • Mixael Şönvandt — 1987-88;
  • Donald Rannikls — 1992-93, 1995;
  • Antonio Pappano — 1999—2001;
  • Kristof Eşenbax — 2000;
  • Kristian Tileman — 2000-06;
  • Adam Fişer — 2001-04, 2006;
  • Endrü Devis — 2002-03;
  • Mark Albrext — 2003-06;
  • Eydzi Oue — 2005.

Xarici keçidlər