Beynəlxalq Əl-Mustafa Universiteti

Beynəlxalq Əl- Mustafa Universiteti (fars. جامعه المصطفی العالمیه‎) — 1979-cu ildə İran İslam Respublikasında təsis edilmiş ali təhsil müəssisəsi.

Beynəlxalq Əl-Mustafa Universiteti
Loqonun şəkli
Xəritə
34°38′02″ şm. e. 50°52′55″ ş. u.
Əsası qoyulub1979
TipBeynəlxalq Universitet
RektorƏli Abbasi
Tələbə sayı40 Min tələbə
Ölkə
Saytmiu.ac.ir
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Beynəlxalq Əl- Mustafa Universitetində əsasən humanitar təmayüllü olmaqla 150 ixtisas üzrə bakalavr, magistr və doktorantura pillələrində tələbələr təhsil alır.

Universitetə bağlı olan institut və təşkilatlar

Beynəlxalq Əl- Mustafa Universitetinin nəzdində fəaliyyət göstərən institut və təşkilatlar aşağıdakilardan ibarətdir:

  1. İmam Xomeyni ali institutu.[1]
  2. İslam maarifi və Fars dili institutu.
  3. Ali Fiqh institutu.
  4. İslam məzhəbləri institutu.
  5. Bintül-Huda kolleci (qadınlar üçün).
  6. Qısa müddətli tədris institutu.
  7. Əl- Mustafa qiyabi universiteti.[2]
  8. Tələbələrin ailə və övladlarına məxsus institut.
  9. Beynəlxalq Əl- Mustafa araşdırma və tədqiqat institutu.[3]
  10. Əl-Mehdi Kolleci.
  11. Beynəlxalq Əl-Mustafa Universiteti nəşriyyatı.[4]

Mövqeyi

Universitetin Qarabağ barədə olan rəsmi mövqeyini "Qafqaz" saytı 2012.10.15 — tarixində belə işıqlandırmışdır:

"Beynəlxalq Əl-Mustafa Universiteti Dağlıq Qarabağda Azərbaycan və Ermənistan arasında gedən proseslərlə bağlı bəyanat verib."Universitet özünə borc bilir ki, beynəlxalq hüquq normalarına əsasən, işğal olunmuş Qarabağ bölgəsində Azərbaycan Respublikasının hakimiyyət haqqını dəstəkləsin. Təkidlə vurğulayır ki, ədalətli və davamlı sülh yalnız işğal olunmuş ərazilərin boşaldılması və qaçqınların qəsb olunmuş ərazilərinə qayıtması ilə əldə oluna bilər. Bu baxış eynilə işğal olunmuş Fələstində də ədalətli sülh üçün gərəklidir. Qəsbkar sionist rejimi tərəfindən işğalın sonlanması və Fələstinin həqiqi sahiblərinin öz torpaqlarına qayıtması ilə əldə oluna bilər. Biz Fələstində edilən işğalçılığı pislədiyimiz və tənqid etdiyimiz kimi, Qarabağın işğalını da pisləyirik. Beynəlxalq qurumlardan istəyirik ki, əllərində olan vasitələrdən istifadə edərək işğalçı tərəfi Azərbaycanın hakimiyyət hüququnu tanımağa və işğalçılığa son qoymağa məcbur etmək üçün addım atsınlar." Universitet sonda bu münaqişədə şəhid olmuş şəxslərin pak ruhlarına salam göndərib və Allahdan haqq cəbhəsinə yardım və qələbə diləyib."[5]

Məzunları

Universitetin İranın Tehran, Təbriz, Qum, İsfahan, Məşhəd, QeşmQorqan şəhərlərində müxtəlif filialları vardır. Əcnəbi tələbələr bu filiallarda təhsilə davam edirlər.

  • Səid Xəliloviç
  • Tofiq Əsədov
  • Rahid Kərimov
  • Müslüm Mədəni
  • Əhməd Cəfəri
  • Əliəsgər Nəzəri
  • İsmayıl Daneş
  • Həsənrza Xavəri

Həmçinin bax

Xarici keçidlər

İstinadlar