Məşhəd

İranda müqəddəs şəhər

Məşhədİranın ikinci iri şəhəri. Rəzavi Xorasan ostanının inzibati mərkəzidir. Şərq iqtisadi rayonunun ən böyük şəhəri, iqtisadi, siyasi və mədəni mərkəzidir. Məşhəd ərəbcə "müqqədəs şəxsin şəhid olduğu yer" mənasını bildirir. O, İranın şimal-şərqində Kəşəvrud çayı dərəsindədir. Əhalisinin sayı 3,2 milyon nəfərdir.

Məşhəd
مشهد‎
36°17′50″ şm. e. 59°36′21″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Əsası qoyulub818
Sahəsi
  • 328 km²
Mərkəzin hündürlüyü995 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 3.208.000 nəf. (2020)
Rəsmi dili
Rəqəmsal identifikatorlar
Telefon kodu۰۵۱۳
Digər
mashhad.ir
Xəritəni göstər/gizlə
Məşhəd xəritədə
Məşhəd
Məşhəd
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

Məşhəd haqqında ilk məlumat X əsrin sonuna aiddir. XI əsrdə Məşhədin yerində Sənaabad kəndi olmuşdur. 1736–1747-ci illərdə Nadir şah dövlətini paytaxtı idi. Məşhəd şiələrin müqəddəs şəhəridir. Rəvayətə görə İmam Rza burada öldürülmüşdür. Onun məqbərəsi şiə bayramları dövründə ziyarət ocağına çevrilir. Belə bayramlarda şəhərin əhalisi təqribən 2 dəfə artır.

Əhali

2010-cu ildə Məşhəd şəhərində əhalinin
ana dilinə əsasən etnik tərkibi[1]
etnik qrupnisbəti
Farslar
  
93.50%
Azərbaycanlılar
  
3.40%
Kürdlər
  
1.50%
Şimallılar (Giləklər, Talışlar, Mazandaranlılar, Türkmənlər)
  
0.50%
Ərəblər
  
0.50%
Digərləri
  
0.60%

Memarlığı

Məşhəd memarlıq abidələri ilə zəngin bir yerdir. Burada Gövhərşad məscidi, Şah məscidi, Nadir şahın məqbərəsi və onun at üstündə tuncdan heykəli var. Qədim Tus şəhərinin xarabalığı Məşhəddən 25 km aralıdır. X əsrə aid körpü, Firdovsinin qəbri və s. qalmışdır.

İqtisadiyyatı

Məşhədə metal emalı, toxuculuq, dəri-ayaq, yeyinti sənayəsi sahələri vardır. Kustar sənətkarlıq (zərgərlik və xalçalıq) öz əhəmiyyətini saxlayır. Şəhərdə qədim tarixə malik kitabxana, universitet var.

Məşhəd şəhərində məqbərəsi imam Rza məqbərəsinin ətrafında Yerləşən erməni kilsəsi Müqəddəs Mesrop, Nadir Şahın türbəsi, Səfəvilər dövrünün Şah hamamları, məscidlər: Molla Heydər məscidi, imam şagird yerləşir.

Qardaş şəhərlər

Həmçinin bax

İstinadlar