Bulaq
Bulaq — yeraltı suyun təbii surətdə yer səthinə çıxmasıdır. Temperaturu20°-yə qədər olan bulaq soyuq bulaqlar hesab olunur, 20-37° olan subtermal bulaqlar, 37-42° olan termal bulaqlar, 42°-dən yuxarı olan isə isti bulaqlar adlanır. Suyunun tərkibində xeyli həll olunmuş kimyəvi elementlər və qazlar olan bulaqa mineral bulaqlar deyilir. Bulağın əhalinin və sənayenin su ilə təmin olunmasında, habelə suvarmada böyük əhəmiyyəti var. Bəzi çaylarbulaqlardan qidalanır.[1]
Azərbaycan dilində "bulaq" sözü ilə eyni mənada, farscadan gələn "çeşmə" sözü də işlənilir.
Bulaq və çeşmə kəlmələri məcazi mənada da çox işlənilir: "ilham bulağı", "həyat çeşməsi" və s.
Mənbə
Vikianbarda Bulaq ilə əlaqəli mediafayllar var.
🔥 Top keywords: Hadi RəcəbliNaftalanMəhəmməd FüzuliAna səhifəAytən SəfərovaGöygöl (göl)PlanetXarıbülbülAzərbaycanXüsusi:AxtarAbbasqulu ağa BakıxanovGöygölGünəş sistemiQız qalasıMaşın öyrənməsiGöyçə gölüAvtomobilin tarixiXüsusi:SonDəyişikliklərNurlana Əliyeva (filoloq, 1946)BağlayıcıAzərbaycan əlifbasıTəbii fəlakətHeydər ƏliyevXarıbülbül (simvol)Əkinçi (qəzet)Aprel döyüşləriUlduzAyZərf (qrammatika)Köməkçi nitq hissələriFacebookNizami Gəncəviİkinci Qarabağ müharibəsiAzərbaycandakı ən yüksək dağ zirvələriTəyyarəBakıQərbi AzərbaycanFeilƏdat