Capcom

Capcom Co., Ltd.[a]Yaponiya videooyun istehsalçısı və nəşrçisi. Şirkət "Mega Man", "Street Fighter", "Resident Evil", "Devil May Cry", "Onimusha", "Dino Crisis", "Dead Rising", "Sengoku Basara", "Ghosts 'n Goblins", "Monster Hunter", "Breath of Fire" və "Ace Attorney" kimi çox satan videooyun franşizalarının, eləcə də bir neçə "Disney" lisenziyalı videooyunun müəllifidir. 1979-cu ildə təsis olunmuş şirkət Şimali Amerikada, Avropada və Yaponiyada şöbələri olan beynəlxalq müəssisədir.[3]

Capcom
Capcom
カプコン
Loqonun şəkli
Ümumi məlumatlar
Tipikabuşiki qaişa[d], ictimai şirkət
Sənayevideooyun sənayesi[d]
Məhsuluproqram təminatı[1]
Təsis tarixi30 may 1979
Baş qərargahın yeri
İqtisadi göstəriciləri
Ümumi gəliri
  • 783.200.000 $ (2020)
Xalis mənfəəti
  • 148.700.000 $ (2020)
Əməliyyat mənfəəti
  • 219.100.000 $ (2020)
Struktur
İşçi sayı
  • 2.832 nəf.
capcom.com
capcom.co.jp
capcom-germany.de
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Strukturu

Şöbələri

Osaka prefekturasının Çuo-ku rayonunda yerləşən baş ofis binası, eləcə də tədqiqat və inkişaf binasına əlavə olaraq, Yaponiya mərkəzli şirkətin Tokio şəhərinin Şincuku xüsusi rayonunda yerləşən Şincuku Mitsui binasında ofisi var.[4] Həmçinin, şirkətin Mie prefekturasının İqa şəhərində yerləşən Ueno müəssisəsi var.[3]

Beynəlxalq "Capcom Group" Yaponiya, Şimali Amerika, AvropaŞərqi Asiyada 15 şöbəni əhatə edir.[3] Əlaqəli şirkətlərə Cənubi Koreyanın "Koko Capcom Co., Ltd.", ABŞ-nin "Street Fighter Film, LLC" və "Dellgamadas Co., Ltd." aiddir.[5]

Oyunlarla bağlı media

Şirkət ev, onlayn, mobil, arkada, paçinko və paçislo oyunlarının istehsalı və nəşrinə əlavə olaraq, strategiya kitabçaları nəşr edir, Yaponiyada "Plaza Capcom" adlı arkada mərkəzləri işlədir və öz franşizalarını əlaqədar məhsullar, filmlər, teleseriallar və səhnə ifaları üçün lisenziyalaşdırır.

Marketinq və musiqi leyblı olan "Suleputer" müəssisəi "Sony Music Entertainment Intermedia" ilə əməkdaşlıq çərçivəsində 1998-ci ildə təsis edilmişdir və "Capcom" şirkətinin oyunları əsasında CD-lər, DVD-lər və başqa media nəşr edir. "Captivate" adlı illik özəl media sammiti ənənəvi olaraq, yeni oyun və biznes anonsları üçün platforma kimi istifadə edilir.

Oyunlar

Platin buraxılışlar

"Capcom" ilin hər rübündə yenilənən, "Platin buraxılışlar" adı verilən, bir milyondan çox nüsxə satmış videooyunlarından ibarət siyahısını tərtib edir. Siyahıdan 90-dan çox oyun adı var. Aşağıda ən çox satan 10 buraxılış qeyd olunub:

31 dekabr 2019[6] tarixində yenilənib
Açar
Rəqəmsal yayım da daxildir
BuraxılışTarixPlatforma(lar)Satışlar (milyonla)
Monster Hunter World yanvar 2018PlayStation 4, Xbox One, PC14.9
Resident Evil 5 mart 2009PlayStation 3, Xbox 3607.6
Resident Evil 6 oktyabr 2012PlayStation 3, Xbox 3607.4
Resident Evil 7: Biohazard yanvar 2017PlayStation 4, Xbox One, PC7.0
Street Fighter IIiyun 1992Super Nintendo Entertainment System6.3
Resident Evil 2 Remake yanvar 2019PlayStation 4, Xbox One, PC5.8
Resident Evil 2yanvar 1998PlayStation4.96
Monster Hunter Freedom 3 dekabr 2010PlayStation Portable4.9
Monster Hunter Generations noyabr 2015Nintendo 3DS4.3
Monster Hunter 4 Ultimate oktyabr 2014Nintendo 3DS4.2

Qeydlər

İstinadlar

Xarici keçidlər

  • capcom.com — "Capcom" şirkətinin rəsmi saytı  (ing.)

  Yaponiya portalı   Videooyunlar portalı