Chengdu J-10

Chengdu J-10 (çin. 殲-10 pinyin: Jiān shí; NATO kod adı: Firebird), Chengdu Aircraft Industry Group tərəfindən istehsal edilən Çin istehsalı çoxməqsədli qırıcı təyyarədir. İlk uçuşunu 23 mart 1998-ci ildə[1] həyata keçirmişdir və 2005-ci ildə xidmətə qəbul edilmişdir.[2] Təyyarə tək mühərrikli olub, delta qanadkanart dizaynınafly-by-wire uçuş sisteminə sahibdir.

Chengdu J-10
歼-10
Tipiçoxməqsədli qırıcı təyyarə
İstehsalçı ÇXR
Baş konstruktorChengdu Aircraft Design İnstitute
DizaynerChengdu Aircraft İndustry Group
İlk uçuş23 mart 1998[1]
İstismara verilmə tarixi2005 [2]
İstimarının bitmə tarixiXidmətdədir
İstismarçılar ÇXR
İstehsal ili2002 – hal-hazırkı dövr [3]
Buraxılış sayı400 ədəd [4]
Hazırlanma dəyəri500 milyon RMB [1]
Vahidinin qiyməti190 milyon RMB[5]
Baza modeliChengdu J-9[6]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Təyyarə Çin Xalq Azadlıq Ordusu Hərbi Hava Qüvvələri tərəfindən hal-hazırda aktiv şəkildə istifadə edilir. Pakistanİran bu təyyarələrdən almaq istəyir.

Texniki xüsusiyyətləri (J-10A)

Chengdu J-10 təyyarəsinin 3D qrafiki

Ekipaj: 1

Uzunluq: 15,49 m

Qanad genişliyi: 9,75 m

Hündürlük: 5,43 m

Qanad sahəsi: 39 m²

Boş çəkisi: 9,750 kq

Maksimum yükgötürmə qabiliyyəti: 19,277 kq

Motor: 1 ədəd Saturn-Lyulka AL-31FN və ya WS-10A turbofan

İstinadlar