Con Pirpont Morqan

Con Pirpont Morqan(ing. John Pierpont Morgan I; 17 aprel 1837[1][2][…], Hartford[3]31 mart 1913[1][2][…], Roma[1]) — Amerika biznesmeni.

Con Pirpont Morqan
ing. John Pierpont Morgan
Doğum tarixi17 aprel 1837(1837-04-17)[1][2][…]
Doğum yeri
Vəfat tarixi31 mart 1913(1913-03-31)[1][2][…] (75 yaşında)
Vəfat yeri
Dəfn yeri
  • Sedar Hill qəbiristanlığı[d][1]
Təhsili
Fəaliyyətitəşəbbüskar, rəsm kolleksioneri[d], bankir, maliyyəçi[d]
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Con Pirpont Morqan (1837–1913) "hava satıcısı" kimi tanınmış bu şəxs, məşhur maliyyəçi, Corc Pibodinin ortağı Cunius Spenser Morqanın ailəsində doğulmuşdur. Morqanların vaxtilə Yamayka qubernatoru olmuş ingilis dəniz qulduru Henri Morqanın nəslindən olması da maraqlı tarixi faktdır.

Bu baxımdan biz də bu nömrədə kiçik araşdırma aparmaqla mövzunu praktiki baxımdan tədqiq etməyi məqsədəuyğun hesab etdik. Keçmiş dövrün tanınmış maliyyəçilərindən Con Morqanın və Con Rokfellerin yazı xətti nümunələrini seçilməsi isə "maliyyə istedadı" anlayışının müxtəlif aspektlərinin işıqlandırılıması arzusundan irəli gəlirdi. Belə ki, onların hər birinin istedadı özünəməxsusluğu ilə seçilir və psixoloji keyfiyyətlərin xüsusi kombinasiyası ilə təcəssüm olunur.

Sadalanan şəxsiyyətlər ABŞ-də yaşamış və fəaliyyət göstərmişlər. Burada məhz belə birsual meydana çıxır: "Görəsən, dünyanın digər ölkələrində istedadlı maliyyəçilər olmamışdırmı?"Təbii ki, olmuşdur. Lakin XIX əsrin sonu, XX əsrin əvvəllərində ABŞ öz imkanlarınınspektrlərini səfərbər edib reallaşdırmağı bacaran xüsusi iqtisadi mühitə malik idi.

Karyera nərdivanının əsas hadisələrini və başlıca bioqrafik mərhələlərini nəzərə almadangörkəmli maliyyəçilərin istedadı haqda danışmaq yersizdir. Burada həmçinin, şəxsiyyətinformalaşdığı ailə mühiti də maraq doğurur.

Con Morqan tez-tez xəstələnən, cılız uşaq idi. Elə böyüyəndən sonra da sağlamlığı əvvəlkindən fərqlənmirdi. O, bir neçə xroniki xəstəlikdən (dəri-zöhrəvi, sətəlcəm, artrit, yüngül formalıepilepsiya) əziyyət çəkirdi. Ata Morqan övladına mülayim rəftarı ilə seçilməyib, onu cidditərbiyə etsə də, oğlunun Almaniyanın Gettingen universitetində təhsil alması üçün imkanları-nı əsirgəməmişdi. Con Morqan işgüzar karyerasına da atasının himayəsində, onun tövsiyəsi iləNyu-Yorkun nüfuzlu "Şerman" şirkətinin "Dunkan" bankında kiçik mühasib kimi başlamışdı.

İşgüzar sahədə ilk addımlarını atasından götürdüyü borcla, Mərkəzi Miçiqan Dəmiryolu Şirkətindən alınmış səhmlərdən birini sataraq, 100 % gəlir əldə etməklə atmışdır. Con Morqan maliyyə spekulyasiyası texnikalarını hərtərəfli şəkildə mənimsəmişdir. Vətəndaş müharibəsi illərində Morqan artıq qiymətli kağızlarla deyil, silahla spekulyasilar həyata keçirir, valyuta bazarında qızılla maliyyə fırıldaqçılığı edirdi. Maraqlısı isə odur ki, bu zaman onun nüfuzuna xələl gəlmir, əksinə, onu qeyri-adi zəka sahibi hesab edirdilər.

Tədricən iri inhisarçıya çevrilən Morqan, şirkətlərin birləşdirilməsi əməliyyatları ilə dəməşğul olurdu. Polad istehsalı, elektrik enerjisi (közərən elektrik lampasının ixtiraçısı Tomas Edisonla əməkdaşlıq etmişdir), çap biznesi və bank investisiyası da onun fəaliyyətsahəsinə daxil idi.

1913-cü ildə ABŞ Senatı anti-inhisar kampaniyası çərçivəsində Morqanın fəaliyyətiniaraşdırmağa başlayır. Bu, iş adamının dərin stress keçirməsi, xroniki xəstəliklərininkəskinləşməsi və sonda ölümü ilə nəticələnir.

İstinadlar

Xarici keçidlər