Cos (şəhər)

Cos (Jos)Nigeriyanın mərkəzi hissəsində şəhər. Plato ştatının inzibati mərkəzi.[1]

şəhər
Cos
ing. Jos
9°56′ şm. e. 8°53′ ş. u.
Ölkə Nigeriya
TabesindəPlato ştatı
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü1,217 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 622.802 nəf. (2010)
Xəritəni göstər/gizlə
Cos xəritədə
Cos
Cos
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əhalisi

Əhalisi 860,9 min (2007).[1]

Coğrafiyası

Cos platosunda təqribən 1250 m yük səklikdə yerləşir. Avtomobil yolları qovşağı, dəmiryol stansiyası (1914-cü ildən).[1]

Tarixi

Əsası 20-ci əsrin əvvəllərində ingilislər tərəfindən qoyulmuşdur. 1967-ci ildən Benue-Plato ştatının, 1975-ci ildən Plato ştatının inzibati mərkəzidir.[1]

Memarlığı

Roma-katolik kilsəsi arxiyepiskopunun iqamətgahı burada yerləşir. Universitet (1975), YUNESKO-nun muzeyşünaslıq məktəbi; Milli muzey (1952; Nok mədəniyyəti terrakota və müasir Nigeriya keramika kolleksiyaları), Afrika Tədqiqatları İnstitutunun muzeyi (1965; yoruba incəsənəti əsərləri), açıq səma altında ənənəvi Afrika memarlığı muzeyi; Botanika bağı, zoopark var.[1]

Sənayesi

Cos mədən rayonu mərkəzidir (qalay, niobium, tantal, volfram filizləri yataqlarının işlənilməsi). Qalayəritmə, poladyayma, mexaniki təmir zavodu, yeyinti sənayesi (o cümlədən pivə istehsalı) müəssisələri fəaliyyət göstərir; mebel, cut parça istehsal olunur; oduncaq, xam dəri emal olunur. Kurort zonasıdır. Cosdan 50 km cənubda Neolit dövrünə aid düşərgələr vardır.[1]

Qalereya

Həmçinin bax

İstinadlar

Xarici keçidlər