Danimarka-Norveç

hazırkı Danimarka və Norveç torpaqlarında qurulmuş uniya

Danimarka-Norveç — hazırkı DanimarkaNorveç torpaqlarında qurulmuş uniya. Həmçinin İslandiya, QrenlandiyaFarer adalarını da əhatə edirdi. 1536-cı ildə qurulmuş, 1814-cü ilə qədər davam etmişdir. Bu tarixdən sonra Norveç,İsveçin bir parçası olmuş; İslandiya, QrenlandiyaFarer adaları isə Danimarkaya bağlı qalmağa davam etmişdir.

Parçalanmış
Danimarka-Norveç
Danmark-Norge
BayraqGerb
BayraqGerb
«Guds hjælp, Folkets kærlighed, Danmarks styrke»
1700-cü illərdə Danimarka torpaqları
1700-cü illərdə Danimarka torpaqları
← 
 →
 
1536 — 1814

PaytaxtKopenhagen, Oslo
Ən böyük şəhərKopenhagen, Oslo
DilləriNorveç dili, Danimarka dili
Rəsmi dilləriDanimarka diliAlman dili
Dövlət diniLüteranizm
Ərazisi487,476 km2
Əhalisi1,859,000
İdarəetmə formasıMonarxiya
SülaləOldenburqlar
Kral
 • 1524–1533I Frederik
 • 1588–1648IV Kristian
 • 1808–1839VI Frederik
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Quruluş

Danimarka-Norveç əslində Kalmar Birliyinin qanuni varisi idi. Lakin İsveçdə baş verən üsyan Qustav Vazanın hakimiyyətə gəlməsinə və İsveçin ayrı bir dövlət yaratmasına təkan verdi. Bundan sonra dövlət Danimarka-Norveç adlanmağa başladı.

Yeddi illik Şimal müharibəsi

İsveç'in dövlətdən ayrılmasını qəbul edə bilməyən Kral III Kristian özünü hələ də İsveçin hökmdarı kimi görürdü. İsveçlə mütəmadi olaraq müharibə aparan dövlət 7 ildən sonra Stettin sülhünü imzaladı.

Koloniyaların yaranması

Böyük coğrafi kəşflər dövründə Danimarkanın da əsas maraqlarından biri AmerikaHindistan oldu. Kral IV Kristian Danimarka Ost Hind Şirkətinin əsasını 1616-cı ildə qoydu.

Otuzillik müharibə

Əsas məqalə: Otuzillik müharibə

1618-ci ildə Avropada Katolik dövlətlərlə Protestant dövlətlər arasında müharibə başladı. Əsasən Skandinaviya dövlətləri vəMüqəddəs Roma imperiyası arasında keçən bu müharibədə məğlub tərəf olan Danimarka-Norveç protestant alman dövlətləri üzərindəki hegemonluq ümidini itirdi.

Norveçin ayrılması

Napoleon müharibələri dövründə Danimarka'nın məğlubiyyəti 1814-cü ildə Norveçin İsveçə verilməsi ilə nəticələndi. Bu dövrDanimarka-Norveçin hərbi olaraq ən zəif, elmi olaraq isə Qızıl əsri adlanır. Belə ki, Hans Kristian Andersen və Kyerkeqor kimi dahilər məhz bu illər yetişmişdi.