Dan dili

Dan dili (dan. dansk) — Danimarkanın dövlət dili, skandinav dillərindən biri. Danimarkada və Almaniyanın şimalında istifadə olunur. Dilin daşıyıcılarının ümumi sayı 5,7 milyon nəfərdir. XV-XIX əsrlərdə Norveçin, XIX əsrin ortalarınadək Şlezviq-Qolşteynin rəsmi dili olmuşdur.

Dan dili
Orijinal adıdansk
ÖlkələrDanimarka, Qrenlandiya, Almaniya, Farer adaları
Rəsmi statusDanimarka,
Tənzimləyən təşkilatDanimarka dil komitəsi
Danışanların ümumi sayı5,7 milyon
Təsnifatı
KateqoriyaAvrasiya dilləri

Hind-Avropa dilləri

German dilləri
Skandinav dilləri
Şərqi skandinav dilləri yarımqrupu
Yazılatın əlifbası (Danimarka əlifbası
Dil kodları
QOST 7.75–97дат 178
ISO 639-1da
ISO 639-2dan
ISO 639-3dan
Dilin strukturlarının dünya atlasıdsh
Ethnologuedan
Linguasphere52-AAA-cc
ABS ASCL1501
IETFda
Glottologdani1284, dani1285
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ərazi və say

Dan dili aşağıdakı ölkələrdə yayılmışdır;

  • Danimarkada - Əhalinin sayı 5 425 420 nəfər, onlardan 461 614 nəfəri mühacirdir və bir hissəsi dan dilini bilmir (2005)
  • Qrenlandiyada - adada yaşayan və etnik mənşəyi dan olan 6,8 min nəfər (2005) arasında yayılmışdır və bir çox qrenlandiyalılar üçün ikinci dildir.
  • Farer adalarında - Rəsmi dairələrdə farer dili ilə yanaşı istifadə olunur (Farer adaları sakinlərinin, demək olar ki, hamısı dan dilini xarici dil kimi yaxşı mənimsəmişlər), lakin burada etnik mənşəyinə görə dan olanların sayı azdır.
  • Almaniyada - Şlezviq-Qolşteyn torpaqlarında yaşayan 50 min nəfər danın ana dilidir, bundan əlavə, yaxın keçmişdə təxminən 50 min dan da Almaniyada məskunlaşmışdır.