Devdas (film, 2002)

"Devdas" (hind. देवदास) — musiqili melodrama. Rejissor Sancay Lila Bhansalinin filmi. Hindistanda istehsal olunmuş ən bahalı filmlərdən biri. Film Sarat Çandra Çattopadhyenin 1917-ci ildə yazdığı eyniadlı roman əsasında çəkilmişdir. Bu filmlə roman dördüncü dəfə ekranlaşdırılmış olur.

Devdas
ing. Devdas
hind. देवदास
JanrMelodram
RejissorSancay Lila Bhansali
ProdüserBharat Şah
Ssenari müəllifiSancay Lila Bhansali
Baş rollardaŞahrux Xan
Ayşvariya Ray
Bəstəkarlarİsmayıl Dərbər
Monti Şarma
İstehsalçıMega Bollywood
DistribütorWarner Bros., Warner Bros. Pictures[d]
İlk baxış tarixi2002, 23 may 2002
Filmin növübədii film
Müddət185 dəqiqə
ÖlkələrHindistan Hindistan
Dillərhind dili
benqal dili
İl2002
Rəngrəngli
IMDbID0238936
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Məzmun

Zamindara Narayanna Mukhercinin oğlu Devdas, var-dövlətin insan həyatından üstün tutulduğu bir aləmdə böyüyüb. Onun uşaqlıq dostu gözəl qız Paro olmuşdur və onlar Tac Sonapur kəndində yaşayırlar. Devdas Londona oxumağa gedəndə Paronun bütün arzuları puç olur. Devdas Londondan qayıdır. İndi o, Qərbin adətləri ilə yetişmiş insandır. Paro hələ də onu gözləyir və sevir. Lakin onların arasında fərq böyükdür. Zamindara ailəsinin qərarı iki sevgilini bir-birindən ayırır. İntiqam alacağına and içən Paro çox varlı bir ailənin oğlu ilə ailə həyatı qurur. Sevgi yolunda zəiflik və qorxaqlıq göstərən Devdas ailəsi tərəfindən haqsızlığa məruz qalır. Bütün ümüdləri puça çıxan Devdas evdən gedir və içkiyə qurşanır. Bu yolda o, rəqqasə qadın Çandramuhi ilə tanış olur, lakin Paronu unuda bilmir...

Film haqqında

  • Film Beynəlxalq Kann Kinofestivalında nümayiş etdirilmişdir.
  • Romanın ilk ekran həlli 1928-ci ildə kinonun səssiz dövründə olub. Amma 1936-cı il versiyası daha məşhur olur. Film çox böyük rəğbətlə qarşılanır.
  • 1955-ci ildə Bimal Roy yenidən “üç ürəyin faciəsini” ekrana gətirir. Devdas roluna aktyor Dilip Kumar dəvət olunur. Qərbdə faciə hekayəti kimi Romeo və Cülyetta mövzusu necə şöhrət tapmışdısa, Hindistanda da Devdas elə maraq yaradır.
  • Film aktrisa Madhuri Dikşitin çəkildiyi sonuncu filmidir. Filmin çəkilişindən sonra aktrisa ailə həyatı qurmuş və kino sənayesindən uzaqlaşmışdır.

Mükafatlar

  • 2003 – Zee Cine Awards
  • 2003 – Screen Weekly Awards
  • 2003 – National Film Awards, India
  • 2003 – NatFilm Festival
  • 2003 – MTV Asia Awards
  • 2003 – Filmfare Awards
  • 2003 – BAFTA Awards (nominasiya)
  • 2003 – Awards of the International Indian Film Academy
  • 2003 – British Academy (nominasiya)

Film üzərində işləyənlər

Ssenari müəllifi : Sancay Lila Bhansali
Rejissor : Sancay Lila Bhansali
Operator : Vinod Pradhan
Prodüser : Bharat Şah
Bəstəkarlar : İsmayıl Dərbər, Monti Şarma

Rollarda

AktyorRol
Şahrux XanDevdas Mukherci
Madhuri DikşitÇandramuki
Ayşvariya RayParo / Parvati
Ceki ŞrofÇunilal
Kiron KherSumitra
Smita CaykarKauşalya
Tiku TalsaniyaDharamdas
Vicayendra QhatqeBhuvan Çoudri
Milind QunaciKalibabu
Vicay KrişnaNaraian Muherci
Moksitkiçik Devdas
Bansari Madhanikiçik Paro

Xarici keçidlər