Ayşvariya Ray

Hindistanlı aktrisa

Ayşvariya Ray (1 noyabr 1973[1], Manqalur) — Hind aktrisası və model. 1994-cü ildə "Dünya gözəli" müsabiqəsinin qalibi.

Ayşvariya Ray Baççan
tulu ಐಶ್ವರ್ಯ ರೈ
Doğum adıAishwarya Rai
ऐश्वर्या राय
Doğum tarixi1 noyabr 1973(1973-11-01)[1] (50 yaş)
Doğum yeri
Vətəndaşlığı
Həyat yoldaşı
Fəaliyyətikino aktrisası, model[d], gözəllik müsabiqəsi iştirakçısı, aktrisa
Fəaliyyət illəri1997-ci ildən
Təhsili
Boyu170 sm
Mükafatları"İncəsənət və ədəbiyyat" ordeni kavaleri İncəsənətdə xidmətlərinə görə Padma Şri
IMDbID0706787
{{{imzanın izahı}}}
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Abhişek Baççan (sol) və Ayşvariya Ray Baççan (sağ), 2010.

Ayşvariya Ray 1 noyabr 1973-cü ildə Manqalurda (Hindistan) ticarət donanması zabiti və yazıçı ailəsində anadan olmuşdur. Uşaqlıqda klassik musiqini və rəqsi öyrənmişdir. Kolleci bitirdikdən sonra universitetə qəbul olur və memarlığı öyrəndikdən sonra modelyer olur. 1994-cü ildə "Dünya gözəli" müsabiqəsinin qalibi olmuşdur. Model təhsilini almağına baxmayaraq o, həkim olmağa çalışırdı. Lakin arzusu həyata keçmədi. Ailəsi hind ziyalılarının elitasına daxil olduğundan o, ənənələrə riayət edib və ciddi nəzarətdə tərbiyə almışdır.

Fəaliyyəti

"Dünya gözəli" titulunu aldıqdan sonra Bollivudda onu diqqət mərkəzində saxladılar. Kinoda ilk rolu 1997-ci ildə "İruvar" filmində olmuşdur. "Yalançı aşiq" filminə görə isə ən yaxşı debutant kimi mükafat almışdır. 2000-ci ildə "Əbədi səninlə" filmində ən yaxşı qadın roluna görə və 2001-ci ildə "Mükafata sevgi" filmində ən yaxşı aktrisa kimi mükafatlar almışdır.

2002-ci ildə onun və hind kinosunun ən uğurlu filmi "Devdas" Kann kinofestivalında nümayiş olunmuşdur. Tərəf müqavili Şahrux Xan olan bu film Hindistanda deyil, bütün dünyada çox böyük uğurla nümayiş edildi və Ayşvariya Rayın bir aktrisa kimi püxtələşdiyini sübut etdi. Ayşvariya özü isə 2003-cü ildə Kann kinofestivalın jüri üzvü seçilmişdir.

2004-cü ilə ilk ingilisdili filmdə — "Gəlin və mövhumat" da çəkildikdən sonra Hollivud artıq onunla maraqlanmağa başladı. O, ilk Hind ulduzudur ki, onun mum fiquru məşhur Madam Tyusso muzeyini bəzəyir.

Bir neçə il Salman Xan ilə nişanlı qalan Ayşvariya, onun qısqanc xasiyyətinə davam gətirməyərək ayrılır və bir müddət Londonda yaşamalı olur. Aktyor Vivek Oberoy ilə bir müddət görüşən Ayşvariya 2007-ci ilin aprelində Hindistanın məşhur kino aktyoru Amitabh Baççanın oğlu Abhişek Baççan ilə nişanlanır və apreldə evlənirlər.

Ayşvariya Ray sərbəst dörd dildə danışır: hind, ingilis, tamilurdu. Loreal, Coca-Cola və DeBeers brilyantlarının simasıdır. Filmə görə qonorarı 15 milyon dollara çatır. Son çəkildiyi filmlər: "Ədviyyələr şahzadəsi", "Baltii və Babli", "Loknau gözəli", "Quru", "Codha xə Akbar", "Xaos", "Atanın izi ilə", "Çəhrayı pantera −2". Hazırda aktrisa kino yaradıcılığını davam etdirir.

Filmoqrafiya

İlFilmFilmin orijinal adıDilRoluQeydlər
1997Duet (film, 1997)IruvarTamilPuşpavalli / Kalpana
1997Onlar bir-birini sevirlər(film, 1997)Aur Pyaar Ho GayaHindiAşi Kapur
1998Cins (film, 1998JeansTamilMadhumita
1999Gəlin, geri dönək (film, 1999Aa Ab Laut ChalenHindiPuca
1999Mən həmişəlik səninəm (film, 1999)Hum Dil De Chuke SanamHindiNandiniFilmfare Ən Yaxşı Aktrisa
1999Ravoyi ChandamamaRavoyi ChandamamaTeluquXüsusi olaraq dəvət olnunub
1999Ritm (film, 1999)TaalHindiMansiNominasiya — Filmfare Ən Yaxşı Aktrisa
2000İnsaflı (film, 2000)MelaHindiÇampakaliQonaq oyunçu
2000Mən onu tapdım (film, 2000)Kandukondain KandukondainTamilMinakşi Bala
2000Çılğın (film, 2000)JoshHindiŞirli
2000Mənim ürəyim sənin üçün döyünür (film, 2000)Hamara Dil Aapke Paas HaiHindiPriti ViratNominasiya — Filmfare Ən Yaxşı Aktrisa
2000Sevgi haqqında bir neçə söz (film, 2000)Dhaai Akshar Prem KeHindiSahibə Qrival
2000AşiqlərMohabbateinHindiMeqhaNominasiya — Filmfare Ən Yaxşı İkinci Dərəcəli Aktrisa
2001Sərxoş (film, 2001)AlbelaHindiSonia
2002Mən artıq ürəyimi vermişəm, əzizim (film, 2002)Hum Tumhare Hain SanamHindiSumanQonaq oyunçu
2002Bizim sahibimiz yoxdur (film, 2002)Hum Kisi Se Kum NahinHindiKomal Rastoqi
200223 mart 1931: (film, 2002)23 March 1931: ShaheedHindiXüsusi olaraq dəvət olnunub
2002DevdasDevdasHindiParvati (Paru)Filmfare Ən Yaxşı Aktrisa
2002Güc (film, 2002)Shakti: The PowerHindiÖzü"Ishq Kamina" musiqisi üçün dəvət olunub
2003Göz ilə qum (film, 2003)Chokher BaliBenqalBinodhini
2003Qəlbin əlaqələri (film, 2003)Dil Ka RishtaHindiTia Şarma
2003Heç nə deməyin (film, 2003)Kuch Naa KahoHindiNamrata Şrivastav
2004Gəlin və mənfi rəylər (film, 2004)Bride & PrejudiceİngilisLalita Bakshi
2004Uniforma (film, 2004)KhakeeHindiMahalakşmi
2004Bax indi nələr baş verəcək (film, 2004)Kyun…! Ho Gaya NaHindiDiya Malhotra
2004Yağışda görüş (film, 2004)RaincoatHindiNircaNominasiya — Filmfare Ən Yaxşı Aktrisa
2005Söz (film, 2005)ShabdHindiAntara Vaşist — Tammana
2005Bunti və Babli (film, 2005)Bunty Aur BabliHindi"Kajra Re" musiqisi üçün dəvət olunub
2005Ədviyyatların şahzadəsi (film, 2005)Mistress of SpicesİngilisTilo
2006Umrao Caan (film, 2006)Umrao JaanHindiUmrao Caan
2006Dhoom 2HindiSunehriNominasiya — Filmfare Ən Yaxşı Aktrisa
2007Quru (film, 2007)GuruHindiSucataNominasiya — Filmfare Ən Yaxşı Aktrisa
2007Səbəb (film, 2007)ProvokedİngilisKirancit Ahluvalia
2007Sonuncu legionThe Last LegionİngilisMira
2008Codxa və Əkbər (film, 2008)Jodhaa AkbarHindiMariam-uz-Zamani — Codxa BayNominasiya — Filmfare Ən Yaxşı Aktrisa
2008Sarkar RajHindiAnita Rajan
2009Çəhrayı Panter 2 (film, 2009)The Pink Panther 2İngilisSonia Solandres
2010Pis adamRaavanHindiRagini Sharma
2010İblisRaavananTamilRagini SubramaniamDubbed into Telugu as Villain
2010EnthiranTamilSana
2010Yenidən birlikdə (film, 2010)Action ReplayyHindiMala
2010YalvarışGuzaarishHindiSofiya D'SouzaNominasiya — Filmfare Ən Yaxşı Aktrisa

İstinadlar

Xarici keçidlər