Duşan Vlahoviç

Serbiyalı futbolçu

Duşan Vlahoviç (28 yanvar 2000[1], Belqrad) – Serbiyalı futbolçu. İtaliya A Seriyasında çıxış edən Yuventusun və futbol üzrə Serbiya milli komandasının hücumçusu.[2]

Duşan Vlahoviç
serb. Душан Влаховић
Ümumi məlumatlar
Tam adıDuşan Vlahoviç
Doğum tarixi (24 yaş)
Doğum yeri
VətəndaşlığıSerbiya Serbiya
Boyu1.90
Çəkisi75 kq
Mövqeyihücumçu
Əsas ayağıSol
Klub haqqında məlumat
Klubİtaliya Yuventus
Nömrəsi9
Karyerası
Klub karyerası[* 1]
2016–2018Serbiya Partizan27 (3)
2018–2022İtaliya Fiorentina112 (50)
2022–h.hİtaliya Yuventus38 (15)

Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Karyerası

Partizan

Partizanda ilk matçına 21 fevral 2016-cı ildə keçirilən Belqrad-Partizan matçının 70-ci dəqiqəsində çıxıb. Matç Belqradın 2–1 hesablı qələbəsi ilə başa çatıb.[3]Partizanda ilk qolunu isə 2 aprel 2016-cı ildə keçirilən Partizan-Radnik matçında vurub. Matça 46-cı dəqiqədə daxil olmasına baxmayaraq 54-cü dəqiqədə fərqlənməyi bacarıb.Eyni zamanda matçın 83-cü dəqiqəsində sarı vərəqə ilə cəzalanıb.Matç Partizanın 3–2 hesablı qələbəsi ilə başa çatıb.[4]

Fiorentina

Fiorentinada ilk matçına 25 sentyabr 2018-ci ildə keçirilən İnter-Fiorentina matçının 84-cü dəqiqəsində çıxıb. Matç İnterin 2–1 hesablı qələbəsi ilə başa çatıb.[5] Fiorentinada ilk qolunu isə 25 iyul 2019-cu ildə keçirilən Fiorentina-Benfika matçının 29-cu dəqiqəsində vurub.Matça start heyətdə başlayan Vlahoviç 68-ci dəqiqədə əvəzlənib.Matç Benfikanın 1–2 hesablı qələbəsi ilə başa çatıb.[6] 28 yanvar 2022-ci ildə Fiorentinadan ayrıldı.

Yuventus

28 yanvar 2022-ci ildə Yuventusa transfer olundu.Yuventusda ilk matçına 6 fevral 2022-ci ildə keçirilən Yuventus-Verona matçında çıxıb. Eyni zamanda matçın 13-cü dəqiqəsində fərqlənməyi bacarıb. Matç Yuventusun 2–0 hesablı qələbəsi ilə başa çatıb.[7]

İstinadlar