İtaliya A Seriyası

İtaliya futbol liqasının ali divizionu


İtaliya A Seriyası — İtaliya futbol liqasının ali divizionu, dünyada ən güclü futbol divizionlarından biri sayılır, UEFA ölkə reytinqində IV yerdədi (2014 ilə əsasən)[1] Çempionatın rəsmi sponsoru Telecom Italia sayılır, elə çempionatın adıda bununla bağlıdı it. Lega Nazionale Professionisti Serie A TIM.

Ölkəİtaliya İtaliya
KonfederasiyaUEFA
Açılış ili1898
İlk sezon1929
Komandaların sayı20
Liqalar sistemində səviyyə1
Aşağı liqaİtaliya B Seriyası
Digər kubok(lar)Superkoppa İtaliya
Liqa kubok(lar)İtaliya Kuboku
Beynəlxalq kubok(lar)UEFA Çempionlar Liqası
UEFA Avropa Liqası
Son çempionNapoli (3-cü dəfə)
(2022-23)
Ən uğurlu komandaYuventus (36 dəfə)
Veb səhifəsiwww.legaseriea.it
Cari mövsüm

Format

Skudetto

2004–05 sezonundan etibarən italyan çempionatda 20 komanda iştirak edir. Futbol mövsümü ərzində (avqustdan maya qədər) hər bir komanda bir biri ilə 2 dəfə qarşılaşırlar. Beləliklə bir klub mövsüm ərzində 38 oyun keçirdir (andata adlanan 1-ci dövrədə 19, və ritorno adlanan 2-ci dövrədə 19 oyun). Görüşlərin ardıcıllığı hər iki dövrədə eynidir.

Komandalar qələbəyə görə 3, heç-heçəyə görə isə 1 xal qazanırlar. Məğlubiyyətə görə xal verilmir. Klublarin eyni miqdarda xal topladığı halda, vurulmuş və buraxılmış topların fərqi müqayisə olunur. Əgər eyni miqdarda xalı çempionatda birinci yerdə olan komandalar qazanıblarsa, onda bu qayda etibarsız sayılır. Hər mövsümün sonunda hamıdan çox xal toplamış klub qalib elan edilir. Turnir cədvəlinin son üç yerində qərarlaşan komandalar (18,19 və 20 yerlərin sahibləri) Seria B keçirlər.

İlk 3 yerin sahibi olan komandalar Çempionlar Liqasına vəsiqə qazanırlar. İlk 2 yeri tutumuş klublar bir başa qrup mərhələsindən iştirak etməyə başlayırlar. Üçüncü yeri tutmuş klub üçüncü təsnifat mərhələsindən başlayır və qrup mərhələsinə düşmək üçün, ona başqa klubla iki oyunluq qarşıdurmada qələbə qazanmaq lazımdır. Dördüncü və beşinci yerləri tutmuş klublar Avropa Liqasında oynamaq haqqını qazanırlar. İtaliya Kubokunu qazanmış komanda İtalyanı Avropa Liqasında təmsil edən üçüncü komanda kimi iştirak edir. Amma əgər kubokun hər iki finalçıları artıq Avropa Lİqasında və ya Çempionlar Liqasında iştirak edirlərsə, onda vəsiqəni çempionatın 6-cı komandası alır.

Tarix

Seria A hazırkı formatda öz fəalətini 1929 ildə başlayıb. 1898–1929 illərdə yarış regional prinsip ilə parçalanmış qruplar üzrə keçirilirdir. Torino klubu 1948/1949 illərdə mövsümün sonuna yaxın və klubunun böyük hissəsinin həyatına son qoymuş təyyarə qəzası səbəbi ilə iştirakdan imtina etmişdir.

Bu çempionatı tez-tez skudetto adlandırırlar, çünki qalib olmuş komanda növbəti sezonda öz geyimlərində kiçik nişan formasında İtaliya bayrağını daşıyır. Seria A ən uğurlu komandası 33 dəfə birinci yerə sahib olmuş Yuventus sayılır, onun ardınca Milan (18 dəfə), İnter (17 dəfə) və Cenoa (9 dəfə) gəlirlər. Hər 10 udulan titul saəsində klub emblemi üzərində kiçik qızıl ulduzu daşımaq hüququ qazanır, beləliklə Yuventusun 3 ulduzu, Milan şəhərini təmsil edən 2 klubun bir ulduzu var.

2006 ildə İtaliya çempionatını "alınmış" oyunlar qalmaqalı sarsıtdı. Yuventus, Mİlan, Latsio, Fiorentina və Recina hakim qarşısına çıxarıldılmışdı. İlk məhkəmə iclası "Qoca Sinyoranı" son iki çempionluğdan məhrum etməyi qərarı aldı, Milan Avrokuboklardan diskvalifikasiya olunmuşdur, Fiorentina, Latsio və Yuventus Seria B endirilmişdir. Təkrar baxış zamanı "Latsio" və "Fiorentina" qarşı sanksiyalar xeyli yumşaldılmışdır və onlara elit divizionda qalmaq imkan verildi, halbuki Yuventus aşağı liqaya düşməkdən xilas olunmadı. Bundan başqa, Milanın Çempionlar Liqasında iştirak etməyə imkanı verildi, ancaq o, qrup mərhələsi ilə deyil, üçüncü təsnifat mərhələsindən turnirə başlamalıydı. İlk öncə Recinadan Seria A-da 15 ball silinmişdir, amma komandanın cəzası 11 bala qədər yüngülləşdirildi.

2007 ilin fevral ayında İtaliya çempionatını yeni faciə bürüdü. Palermo-Kataniya oynunda Filippo Rakiti öldürülmüşdür. Futbol federasiyasının qərarı ilə çempionat müvəqqəti dayandırılmışdı.

Qaliblər

KlubQaliblərİkinci yerÇempion olduğu sezonlar
Yuventus
36
21
1905, 1925–26, 1930–31,1931–32, 1932–33, 1933–34,1934–35, 1949–50, 1951–52, 1957–58, 1959–60, 1960–61, 1966–67, 1971–72, 1972–73, 1974–75, 1976–77, 1977–78, 1980–81, 1981–82, 1983–84, 1985–86, 1994–95,1996–97, 1997–98, 2001–02, 2002–03, 2011–12, 2012–13, 2013–14, 2014–15, 2015–16, 2016–17, 2017–18, 2018–19, 2019–20
İnter
19
15
1939–40, 1952–53, 1953–54, 1962–63, 1964–65, 1965–66, 1970–71, 1979–80, 1988–89, 2005–06, 2006–07, 2007–08, 2008–09, 2009–10, 2020–21
Milan
18
18
1901, 1906, 1907, 1950–51, 1954–55, 1956–57, 1958–59, 1961–62, 1967–68, 1978–79, 1987–88, 1991–92, 1992–93, 1993–94, 1995–96, 1998–99, 2003–04, 2010–11
Cenoa
9
4
1898, 1899, 1900, 1902, 1903, 1904, 1914–15, 1922–23, 1923–24
Torino
7
6
1927–28, 1942–43, 1945–46, 1946–47, 1947–48, 1948–49, 1975–76
Bolonya
7
4
1924–25, 1928–29, 1935–36, 1936–37, 1938–39, =1940–41, 1963–64
Pro Verçelli
7
1
1908, 1909, 1910–11, 1911–12, 1912–13, 1920–21, 1921–22
Roma
3
13
1941–42, 1982–83, 2000–01
Latsio
2
7
1973–74, 1999–00
Fiorentina
2
5
1955–56, 1968–69
Napoli
2
5
1986–87, 1989–90
Kalyari
1
1
1969–70
Kazale
1
-
1913–14
Noveze
1
-
1921–22
Hellas Verona
1
-
1984–85
Sampdoriya
1
-
1990–91

Qalın hərflərlə yazılan klublar indidə yüksək divizionda iştirak edirlər.

Rekordlar

Paolo Maldini Seria A-da ən çox oyun keçirən oyunçudu (647 oyun)
Ən çox oyun keçirdən 10 oyunçu[2]
OyunçuOynadığı illərKlub(lar)Oyun sayı
1 Paolo Maldini1985–2009Milan647
2 Xavyer Zanetti1995–2014İnter615
3 Canluka Palyuka1987–2007Sampdoriya, İnter, Bolonya, Askoli592
4 Françesko Totti1992–Roma585
5 Dino Zoff1961–1983Udineze, Mantova, Napoli, Yuventus570
6 Pietro Verhovod1980–2000Komo, Fiorentina, Roma, Sampdoria, Yuventus, Milan, Piaçenza562
7 Roberto Mançini1981–2001Bolonya, Sampdoriya, Latsio541
8 Silvio Piola1929–1954Pro Verçelli, Latsio FK, Yuventus, Novara537
9 Enriko Albertozi1958–1980Fiorentina, Kalyari, Milan532
10 Canni Rivera1958–1979Alessandria, Milan527
Silvio Piola Seria A-nın ən çox qol vuran oyunçusudu (274 qol)
Ən çox qol vurmuş 10 oyunçu[3]
9 may 2015 ilə əsasən
OyunçuOynadığı illərKlub(lar)Qol sayısı
1 Silvio Piola1929–1954Pro Verçelli, Latsio FK, Yuventus, Novara274
2 Françesko Totti1992–Roma245
3 Qunnar Nordal1948–1958Milan, Roma225
4 Jose Altafini1958–1976Milan, Napoli, Yuventus216
5 Cuzeppe Meaze1929–1947Inter, Milan, Yuventus216
6 Antonio Di Natale2002–Empoli, Udineze206
7 Roberto Bacco1986–2004Fiorentina, Yuventus, Milan, Bolonya, Internazionale, Breşia205
8 Kurt Hamrin1956–1971Yuventus, Padova, Fiorentina, Milan, Napoli190
9 Cuzeppe Sinyori1991–2004Foggia, Latsio, Sampdoriya, Bolonya188
10 Alessandro Del Pyero1993–2012Yuventus188

Həmçinin bax

İstinadlar