Enrike İqlesias
Enrike Migel İqlesias Pleysler (isp. Enrique Miguel Iglesias Praysler; 8 may 1975[1][2][…], Madrid[3]) — ispan müğənnisi, bəstəkar və prodüser, 116 platin, 227 qızıl diskin və 26 beynəlxalq mükafatın sahibidir. Məşhur ispan müğənnisi Hulio İqlesiasın oğludur.
Enrike İqlesias | |
---|---|
isp. Enrique Iglesias | |
| |
Ümumi məlumatlar | |
Doğum adı | Enrique Miguel Iglesias Preysler |
Doğum tarixi | 8 may 1975[1][2][…] (48 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | |
Partnyoru |
|
Atası | Hulio İqlesias |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni-mahnı yazarı, aktyor, prodüser, musiqiçi, model[d], bəstəkar, musiqi prodüseri |
Fəaliyyət illəri | 1995-ci ildən |
Janrlar | pop musiqisi, latın-pop[d], R&B, pop-rok |
Musiqi alətləri | gitara, piano, elektrogitara |
Albom şirkətləri | Polydor Records, Interscope Records |
Təhsili | |
Mükafatları | |
enriqueiglesias.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Enrike İqlesias 1975-ci il mayın 8-də Madriddə anadan olmuşdur. Anası İzabel və atası Hulio ayrıldıqdan sonra Enrike bir müddət anası ilə yaşamışdır. Babası quldurlar tərəfindən oğurlandıqdan sonra anası 10 yaşlı Enrikeni atasının yanına — Mayamiyə göndərmişdir. O, burada universitetdə təhsil almış, lakin onun musiqiyə olan həvəsi və qüruru onu atasının evini tərk etməyə məcbur etmişdir. Özünə mənzil tutaraq, axşamlar kiçik bir restoranda mahnı oxuyur və ailəsindən xəbərsiz ilk albomu üçün mahnılar yazır. Hətta ilk albomunu 20 yaşında çıxarmasına baxmayaraq, albomu üçün mahnıları hələ 16 yaşında ikən yazmağa başlamışdır. Atasının şöhrətinə arxalanmağı sevməyən Enrike çox qürurlu idi və o bu albomu onun köməyi olmadan çıxartmışdı. 1995-ci ildə işıq üzü görən və "Enrique Iglesias" adlanan bu ilk albom elə ilk həftədən rekord sayda — yarım milyon tirajla satıldı. Bundan sonra da o, karyerasına uğurla davam etdi. Onun ən uğurlu hitlərindən biri Uill Smitin "Wild, Wild West" filmi üçün saundtrek olaraq yazılmış "Bailamos" mahnısıdır.
Yaradıcılığının ilk illərində Enrike İqlesias Enrike Martinez təxəllüsü ilə çıxış edib.
Enrike siqaret çəkmir. Hətta, onun tüstüsü belə müğənnini qıcıqlandırır. Siqaret çəkilən məkanda onun başı dəhşət dərəcədə ağrımağa başlayır. O, çox nadir hallarda spirtli içki qəbuledir.
Müğənni sürəti və təhlükəni çox sevir. O, həttaitinin adını Speed yəni sürət qoyub.
Xulio İqlesisas yəni Enrikenin atası 3000-də artıqqadınla görüşdüyünü heç vaxt gizlətməyib. Enrikenin babası da bu məsələdə geriqalmayıb. Belə ki, 90 yaşındaykən babanın artıq yeni körpəsi olub. 92 yaşındadünyasını dəyişərkən isə Enrikeninbabasının gənc xanımı artıq daha bir övladının dünyaya gəlməsini gözləyirdi.
Səhnədə gözəl, yaraşıqlı, üz-gözü təmiz olan, əynindəbahalı köynək mahnılar ifa edən Enrike,adi həyatda çox sadə adamdır. Hətta, darağın və üzqırxanın nə olduğunu beləbilmir yəni istifadə etmir. Onun ən çox sevdiyi geyim isə cins şalvar və adi futbolkadır yəni nazik idman köynəyi.
İndiyə qədər yaradıcılığı ərzində Enrike İqlesisas43 sinql buraxılıb. Onlardan 20-si Amerikanın Billboard Hot Latin Tracks çartında ön pillələrdə olub.
Varlıailədə dünyaya gəlsə də, çox sadə həyatsürür. Bahalı geyimlər əvəzinə sadə köynəklər və sürtülmüş cins şalvarlaraüstünlük verir.
Onun ənçox sevdiyi yeməklər isə ayaqüstü tez hazırlanan qidalardır. Bundan başqaEnrike suşini da çox sevdiyini deyir.
2003-cü ildə sağ yanağından xalını əməliyyat yolu ilə götürdən Enrike,yuxusuzluqdan əziyyət çəkir.
Qremmi və Lukas adlı daha iki köpəyiolan ifaçı rəsmi geyinməyi o qədər sevmir ki, onun hətta öz toyunda kostyumsuz iştirak edəcəyini deyirlər. Deyilənə görə idman üslubuna üstünlük verənmüğənninin geyim kolleksiyasında 300-dən artıq idman köynəyi var.
Özünün ilk turnesi ərzində Enrikeİqlesias 13 ölkədə 78 konsert proqramı ilə çıxış edib.
26 beynəlxalq mükafat, 227 qızıl və 116 platin disk sahibi Enrike alış-veriş etməyiçox sevir. Geyim və ərzaq dalınca şəxsən o, özü bazara yollanır.
Qarderobunda adətən ağ geyimlərəüstünlük verən müğənni, bəyaz paltarda səhnədə çıxış etməyin asan olduğunudüşünür.
Səhər tezdən durmağı sevməyənifaçının atası qədər , anası da məşhur şəxsdir. Onun anası fillipinli jurnalist və aparıcı İzabelPreyslerdir.
Dünyada latınamerikası musiqisinin ən parlaq nümayəndələrindən olanEnrike İqlesiasın mükafatlarkolleksiyasında çoxlu sayda "Qremi" və "American Music Awards" heykəlcikləri var. İndiyə qədər 9 albom sahibi olan və dünyada 100 milyon diski satılan Enrike İqlesias, sən demə tarakanlardan qorxur.
Enrike İqlesias zəngin və məşhur olmasına baxmayaraq, onun çox adi hobbiləri var. O, öz vaxtını məktəb yoldaşları və 2 iti ilə keçirməyi xoşlayır. Onun 2 ədəd "Porsche" markalı avtomobili var və o, bu avtomobillərdə Mayamini gəzməyi çox sevir. Onun ən sevdiyi yeməklər — hamburger, hot-doq və pizzadır.
Hazırda Mayamidə yaşayır. Rus tennisçisi Anna Kurnikova ilə birlikdədir.
Həmçinin bax
İstinadlar
Xarici keçidlər
- Enrique İglesias [ölü keçid]
- Enrique Iglesias Rəsmi Sayt Arxivləşdirilib 2007-10-29 at the Wayback Machine