Entoni Hopkins

Entoni Hopkins (ing. Philip Anthony Hopkins; 31 dekabr 1937[2][3][…], Port-Talbot[d], Uels[4]) — ABŞBöyük Britaniya aktyoru.

Entoni Hopkins
Philip Anthony Hopkins
Doğum adıPhilip Anthony Hopkins
Doğum tarixi (86 yaş)
Doğum yeriPort-Tolbot, Böyük Britaniya
Vətəndaşlığı
FəaliyyətiAktyor, rejissor, bəstəkar
Fəaliyyət illəri1967-indiyədək
Təhsili
  • Dram İncəsənəti üzrə Kral Akademiyası[d] (–1963)[1]
Boyu174 sm
MükafatlarıCəngavər bakalavrı
Ən yaxşı kişi roluna görə "Oskar" mükafatı "Qızıl qlobus" mükafatı Ən yaxşı kişi roluna görə "Oskar" mükafatı
IMDbID0000164
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Entoni Hopkins 1937-ci ildə Böyük Britaniyada, Uels qraflığının Port-Tolbot şəhərində anadan olmuşdur. 1963-cü ildə Kral dram incəsənəti akademiyasını bitirir. 1967-70-ci illərdə Britaniya milli teatrında fəaliyyət göstərir. Sonralar ABŞ-yə yollanır və kinolarda çəkilməyə başlayır.

1992-ci ildə "Quzuların sükutu" filmində yaratdığı kanibal-manyak obrazına göre "Oskar" mükafatına layiq görülmüşdür. "Oskar" mükafatı ilə yanaşı 3 dəfə "BAFTA", 2 dəfə "Emmy" və bir dəfə "Cecil B. DeMille" mükafatlarına layiq görülmüşdür.

Rejissor işinə isə 1995-cı ildə Anton Çexovun "Vanya əmi" əsərinin motivlərinə çəkdiyi "Avqust" filmini misal göstərmək olar.

1987-ci ildə Böyük Britaniya şahzadəsi Hopkinsi "Cəngavər" titulu ilə mükafatlandırır. Bu mükafat ona Böyük Britaniya incəsənətinə göstərdiyi misilisiz xidmətləri və onu bütün dünyada layiqliklə yaymasına görə verilir.

Filmləri

  1. Ağ avtobus (1967) / The White Bus
  2. Qışda şir (1968) / The Lion in Winter
  3. Güzgü muharibəsi (1969) / The Looking Glass War
  4. Səkkiz zınqırov səslənəndə(1971) / When Eight Bells Toll
  5. Juggernaut (1974) / Juggernaut
  6. Fil adam (1980) / The Elephant Man
  7. Fəsillərin dəyişməsi (1980) / A Change of Seasons
  8. Mükafat (1984) / The Bounty
  9. Yaxşı ata (1985) / Good Father, The
  10. Ümidsiz saatlar (1990) / Desperate Hours
  11. Quzuların səssizliyi / The Silence of the Lambs
  12. Brem Stokerin Drakulası / Bram Stoker`s Dracula
  13. Çaplin (1992) / Chaplin
  14. Kölgələr ölkəsi (1993) / Shadowlands
  15. Payız əfsanələri (1994) / Legends of the Fall
  16. Son hədd (1997) / The Edge
  17. Amistad (1997) / Amistad
  18. Zorronun maskası (1998)/ The Mask of Zorro
  19. Tanış olun, Co Blək (1998) / Meet Joe Black
  20. İnstinkt (1998) / Instinct
  21. Hannibal (2001) / Hannibal
  22. Pis dostluq (2002) / Bad Company
  23. İsgəndər (2004) / Alexander
  24. Kral ordusu (2005) / All the King’s Men
  25. Hiçkok (2012) / Hitchcock

Rejissor

  • Dilan Tomas: Geriyə dönüş/ Dylan Thomas: Return Journey (1990)
  • Avgust (1996)