Fox News

Fox News, rəsmi olaraq Fox News Channel (abr.: FNC), daha çox sadəcə Fox olaraq tanınır — mərkəzi Nyu-York şəhərində yerləşən ABŞ konservativ[1][2][3][4] xəbər telekanalı. İlk yayımı 7 oktyabr 1996-cı ildə gerçəkləşən kanalın[5] sahibidi "Fox News Media" şirkətidir ki, bu şirkətin də ana korporasiyası "Fox Corporation" şirkətidir.[6]

Fox News
Loqonun şəkli
Telekanalın rəsmi loqosu.
Ölkə
Yayım ərazisiABŞ
Kanada
Baş qərargah
Yaranma tarixi7 oktyabr 1996
SahibiRupert Mördok
ŞüarMost Watched. Most Trusted.
Standing Up For What's Right
Saytfoxnews.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kanal Avstraliya mənşəli ABŞ media maqnatı Rupert Mördok tərəfindən konservativ auditoriyaya müraciət etmək üçün yaradılmışdır.[7][8] "Fox News" 1990-cı illərin və 2000-ci illərin axırlarında ABŞ-də dominant xəbər şəbəkəsinə çevrilmişdir.[9] 2018-ci ilin sentyabr ayında təxminən Amerikadakı 87 milyon evdə (televiziya abunəçilərinin 90.8%) "Fox News" kanalı tuturdu.[10] 2019-cu ildə "Fox News" orta hesabla 2,5 milyon izləyiciyə sahib olan ən yüksək reytinqli kabel şəbəkəsi olmuşdur.[11][12][13] Mördok hal-hazırda kanalın icraçı sədridir.[14][15]

Müşahidəçilərə görə, "Fox News" ABŞ Demokrat Partiyasını mənfi təsvir edir, ABŞ Respublikaçılar Partiyası, onun siyasətçiləri və ümumiyyətlə konservativləri üçün müsbət reportaj hazırlayaraq qərəzli davranır.[16][17][18][19][20] Tənqidçilər kanalın məzmununu ümumilikdə "xəbərlərin düzgünlüyünün pozulması" adlandırırlar.[21][22] "Fox News"un rəsmi mövqeyi xəbər yayımının fikir və şərh proqramlarından asılı olmaması, eləcə də xəbərlərindəki qərəzliliyi inkar etməsindən ibarətdir.[23][24] Buna baxmayaraq, kanalın keçmiş işçiləri "Fox"un onlara "xəbərləri konservativlərin lehinə çevirmələrini" əmr etdiyini bildirmişdir. Müşahidəçilər Donald Trampın prezidentliyi dövründə "Fox News"un administrasiyanın media orqanı kimi fəaliyyət göstərdiyini irəli sürmüşdülər. Onlara görə kanal Tramp üçün "propaqanda" və "geribildirim dövranı" rolunu daşıyırdı, peşəkar şərhçilər isə kanalın dövlət televiziyasını xatırladan bir formaya döndüyünü iddia etmişdir.[25][26]

Siyasi tərəflilik

Bir çox müşahidəçi "Fox News" kanalını ABŞ Respublikaçılar Partiyası, Corc Volker BuşDonald Tramp administrasiyaları və ümumiyyətlə konservativ fikirlərin lehinə qərəzli reportaj hazırlamaqda, ABŞ Demokrat Partiyasını isə mənfi formada təsvir etməkdə günahlandırır.[16][17][18][19] Tənqidçilər kanalın məzmununu ümumilikdə "xəbərlərin düzgünlüyünün pozulması" adlandırırlar.[21][22] "Fox News" heyətinin rəsmi mövqeyi xəbər yayımının fikir və şərh proqramlarından asılı olmaması, eləcə də xəbərlərindəki qərəzliliyi inkar etməsindən ibarətdir, lakin kanalın keçmiş işçiləri "Fox"un onlara "xəbərləri konservativlərin lehinə çevirmələrini" əmr etdiyini bildirmişdir.[27] Müşahidəçilər Donald Trampın prezidentliyi dövründə "Fox News"un administrasiyanın media orqanı kimi fəaliyyət göstərdiyini irəli sürmüşdülər. Onlara görə kanal Tramp üçün "propaqanda" və "geribildirim dövranı" rolunu daşıyırdı, peşəkar şərhçilər isə kanalın dövlət televiziyasını xatırladan bir formaya döndüyünü iddia etmişdir.[25][26] 2021-ci ilin mart ayında keçirilən "Pew Research Center"in tərtib etdiyi bir anketə görə, ABŞ əhalisinin 73% -i Fox News-u "aparıcı media" hesab edir.[28]

İstinadlar

Ədəbiyyat

Xarici keçidlər