Hicri təqvim

Hicri-qəməri təqvim(İrandaƏfqanıstanda); Hicri təqvim, İslam təqvimi, Müsəlman təqvimi (başqa ölkələrdə); (ərəb. الـتـقـويم الـهـجـري‎, at-тaqvimə-l-hicri).

Təqvim
Təqvim haqqında
Təqvim
tipi

Günəş, Ay, Ay-Günəş

Təqvim dövrüUzun illərin
daxil edilməsi

Digər təqvimlər
Armelin · Assuriya · Astek · Benqal · Berber · Bəhai · Budda · Babil · Bizans · Vyetnam · Gilburd · Hind · Holosen · Qafqaz Albaniyası · Qriqori · Gürcü · Qədim yunan · Qədim Misir · Qədim hind · Qibti · Qədim Çin · Qədim fars · Qədim slavyan · Yəhudi · Zərdüşt · Hindistan · İnk · Hicri-qəməri ·Hicri-şəmsi · İrland · Çin · Kont · Malay · Mayya · Nepal · Yuli · Roma · Rumi · Simmetrik · Tamil · Tay Günəş · Tibet · Üçmövsümlü · Türkmən · Universal · Fransız · Xanaane · Xani · Çuçxe · İsveç · Şumer · Efiopiya · Yava · Yapon

Ay səhifələrinin dəyişməsi nəticəsində yaranan 12 dənə 29, yaxud 30 günlük aydan ibarətdir. Adi illərdə günlərin sayı 354, uzun illərdə isə 355-dir.

Ərəbistanda İslam dininin meydana çıxmasına qədər hər biri ay səhifələrinin dəyişməsinə əsaslanan 12, yaxud 13 aydan ibarət 24 illik təqvim stilindən istifadə olunurdu. Bu stildə 15 il 12 aydan, 9 il isə 13 aydan ibarət idi. Lakin Məhəmməd peyğəmbər tərəfindən 13-cü aylar ləğv edildi. Əsas isə Quranın bu ayəsi idi:

إِنَّ عِدَّةَ الشُّهُورِ عِندَ اللّهِ اثْنَا عَشَرَ شَهْراً فِي كِتَابِ اللّهِ يَوْمَ خَلَقَ السَّمَاوَات وَالأَرْضَ مِنْهَا أَرْبَعَةٌ حُرُمٌ

(Həqiqətən, Allah yanında, Allah kitabında ayların sayı göyləri və yeri yaratdığı gündən on iki aydır).[1].

Hicri-qəməri təqvimində illər hicrətin başladığı gündən — 16 iyul 622-ci il tarixdən nömrələnir. Təqvimdə 0-cı il yoxdur; 1-ci il, yaxud hicri erası 16 iyul 622-ci il tarixində başlayır. Bu era ilk olaraq Məhəmməd peyğəmbərin ölümündən 5 il sonra – 637-ci ildə, Xilafətdə rəsmən illərin nömrələnməsi üçün qəbul olunmuşdur.

1925-ci ildə İranda rəsmən Hicri-şəmsi təqviminə keçilməsindən sonra, İranda, ƏfqanıstandaAzərbaycanda Hicri təqvim daha çox "Hicri-qəməri təqvim" adlanmağa başladı. Hicri-qəməri təqvimimdə göstərilən tarix internetin meydana çıxmasına qədər tam dəqiqliyi ilə yalnız mürəkkəb yollarla – sinxron cədvəllər vasitəsilə, Qriqori təqviminə çevrilə bilərdi. Hal-hazırda isə internetdəki bəzi saytlar vasitəsilə bu əməliyyatı çox asanlıqla icra etmək mümkündür.

Hicri-qəməri təqvimdəki ayların adı

AyAzərbaycancaİngiliscəƏrəbcəGünMüxtəsər
Birinci ayMəhərrəmMuharram ul Haramمحرم30M
İkinci aySəfərSafar ul Muzaffarصفر29S
Üçüncü ayRəbiüləvvəlRabi' al-awwalربيع الأول30Ra
Dördüncü ayRəbiülaxırRabi' al-thaniربيع الثاني29R
Beşinci ayCəmadiyələvvəlJumada al-awwalجمادى الأولى30Ca
Altıncı ayCəmadiyəlaxırJumada al-thaniجمادى الثانية29C
Yeddinci ayRəcəbRajabرجب30B
Səkkizinci ayŞabanSha'abanشعبان29Ş
Doqquzuncu ayRamazanRamadanرمضان30N
Onuncu ayŞəvvalShawwalشوال29L
Onbirinci ayZilqədəDhū al-Qaʿdaذو القعدة30Za
Onikinci ayZilhiccəDhū al-Hijjahذو الحجة29 ya da 30Z

Həftənin günlərinin adları

günƏrəbcəAzərbaycancaFarsca
1يوم الأحد yəvmu-l əhədBazarیکشنبه Yekşənbe
2يوم الإثنين yəvmu-l isnəynBazar ertəsiدوشنبه Doşənbe
3يوم الثُّلَاثاء yəvmu-l sulasəÇərşənbə axşamıسه شنبه Seşənbe
4يوم الأَرْبِعاء yəvmu-l ərbəəÇərşənbəچهارشنبه Çəharşənbe
5يوم الخَمِيس yəvmu-l həmisCümə axşamı, yaxud Adnaپنجشنبه Pəncşənbe
6يوم الجُمُعَة yəvmu-l cumuəCüməجمعه Come və ya آدينه Adine
7يوم السَّبْت yəvmu-s səbtŞənbəشنبه Şənbe


Həmçinin bax

İstinadlar

Xarici keçidlər