Hidrogen-sulfid qazı

Hidrogen-sulfid qazı (H2S) - rəngsiz, kəskin iyli, suda yaxşı həll olan yanar qaz. Sıxlığı 1,538 q/l; hidrogen-sulfid qazı yüksək dərəcədə zəhərlidir. Havada ehtimal olunan miqdarı 0,01mq/l-ə yaxındır. Sərbəst halda biokimyəvi mənşəli təbii qazlarda (~1% yaxın), metamorfik və maqmatik qazlarda və həmçinin fumarollarda rast gəlinir. Təbii qazlarda hidrogen-sulfid qazı miqdarı, adətən 1%-dən çox olmur. Karbonat süxurların üstünlük təşkil etdiyi, xüsusilə sulfat mineralları ilə zəngin olan kəsilişlərin sularında həll olmuş hidrogen-sulfid qazı miqdarı yüksək olur.

Hidrogen-sulfid qazı
Ümumi
Kimyəvi formuluH₂S[1]
Molyar kütlə0 kq[1]
Termik xüsusiyyətlər
Ərimə nöqtəsi−122 ± 1 ℉[2], −85,5 °C[3]
Qaynama nöqtəsi−77 ± 1 ℉[2], −59,55 °C[3]
Buxarın təzyiqi17,6 ± 0,1 atm[2]
Kimyəvi xassələri
Turşunun dissosasiya sabiti 7,04[4]
Təsnifatı
CAS-da qeyd. nöm.7783-06-4
PubChem
RTECSMX1225000
ChEBI16136
BMT nömrəsi1053
ChemSpider

Həmçinin bax

Mənbə

  • Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006. — Səhifələrin sayı: 679