Hindistan Prezidenti

Hindistan Prezidenti və ya Raştrapati — Hindistan Respublikasının dövlət başçısı, Hindistanın birinci vətəndaşı, həmçinin Hindistan Silahlı Qüvvələrinin ali baş komandanı[1].

Hindistan Prezidenti
राष्ट्रपति
Vəzifədədir
Draupadi Murmu
Başçılıq edirHindistan
Vəzifənin təsis tarixi26 yanvar 1950
Rəsmi saytıpresidentofindia.nic.in
presidentofindia.gov.in/…
editorialshindi.in/power…
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Prezidentin səlahiyyətləri

Hindistanın Prezidenti parlamentarlar və ştat nümayəndələrindən ibarət Elektoral Kollegiya tərəfindən 5 il müddətinə seçilir[2][3][4].. Hindistan Konstitusiyasına əsasən Prezident nəzəri cəhətdən mühüm əhəmiyyətli səlahiyyətlərə: ştatların qanunverici məclislərini buraxmaq, ştatların hökumətlərini ləğv etmək və onların yerinə Prezident üsul-idarəsi tətbiq etmək (ştatların idarəsi qubernatorların ixtiyarına keçir) səlahiyyətlərinə malikdir. Lakin əməli olaraq hakimiyyət başçısı səlahiyyətlərinin əksəriyyəti Baş nazirın başçılıq etdiyi Hindistan hökuməti tərəfindən həyata keçirilir. Prezidentin icra etdiyi vəzifələrin əsas hissəsini formal şəkildə hökumət qərarlarının təsdiq edilməsi təşkil edir. Bir sıra hallarda o, məhkumların bağışlanması hüququna da malikdir[5].

Hindistan prezidentlərinin siyahısı

  • Racendra Prasad[6] — 1950–1962
  • Sarvepalli Radxakrişnan[7] — 1962–1967
  • Zakir Hüseyn[8] — 1967–1969
  • Baraxaqiri Venkata[9] — 1969–1974
  • Faxruddin Əli Əhməd[10] — 1974–1977
  • Hilam Sanciva Reddi[11] — 1974–1977
  • Zail Sinqx[12] — 1982–1987
  • Ramasvamı Venkataraman[13] — 1987–1992
  • Şankar Şarma[14] — 1992–1997
  • Koçeril Raman Narayanan[15] — 1997–2002
  • Abdul Kalam — 2002–2007
  • Pratibha Patil — 2007–2012
  • Pranab Mukerci — 2012–2017
  • Ram Nath Kovind — 2018-indi

Hindistan Prezidenti vəzifəsini icra edənlər

  • Varaxaqiri Venkata Qiri — 3 may 1969 – 20 iyul 1969
  • Muxammad Xidayatulla — 20 iyul 1969 – 24 avqust 1969
  • Basappa Danappa Catti — 11 fevral 1977 – 25 iyul 1977

İstinadlar

Xarici keçidlər

Mənbə

  • Варахагири Венката Гири (Люди и события) // Новое время. — М., 1969. — № 20.
  • Нилам Санджива Редди (Люди и события) // Новое время. — М., 1968. — № 27
  • http://books.google.com/books?id=NuKIfWQliVUC[1] Attar Chand. The great humanist Ramaswami Venkataraman. — Gyan Books, 1987.

Həmçinin bax

Hindistanın dövlət quruluşu