Internet Archive

İnternet arxivi (ing. Internet Archive) — 1996-cı ildə San-Fransiskoda Bryuster Keyl tərəfindən əsası qoyulmuş qeyri-kommersiya təşkilatı. Arxiv, veb-səhifələrin surətlərini, qrafik materialları, video və audioyazıları, proqram təminatını toplayır. Arxiv, toplanmış materialın uzunmüddətli arxivləşdirilməsini və geniş oxucu kütləsi üçün öz məlumat bazalarına pulsuz giriş hüququ təmin edir. Arxivin bəyan edilmiş məqsədləri — internet texnologiyaları dövründə bəşəriyyətin mədəni-tarixi dəyərlərini qorumaq, elektron kitabxananın yaradılması və dəstəklənməsidir.

Internet Archive
Loqonun şəkli
URLarchive.org
Kommersiyaxeyr
Tipiuniversal elektron kitabxana
Dilləriİngilis
Serverin yeri
SahibiBryuster Keyl
Açılma tariximay 1996[3]
Gəlir
  • 29.414.365 $ (2021)[4]
Mənfəət
  • 4.086.576 $ (2021)[4]
Alexa reytinqi
  • 184 (25 iyul 2021)[5]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

2012-ci ilin oktyabrında Arxivdə toplanan materialların ölçüsü 10 petabayta çatdı. 2014-cü ilin oktyabrına olan məlumata görə, Arxivdə 430 milyard veb-səhifə toplanıb.

Arxivin serveri San-Fransiskoda, güzgü serverləri Yeni İsgəndəriyyə kitabxanasındaAmsterdamda yerləşir. 2007-ci ildən Arxiv hüquqi olaraq kitabxana statusuna malikdir.

Arxivlənmiş səhifə sayı

İl2005200620072008200920102011201220132014201520162017201820192020202120222023
Arxivlənmiş səhifələr (milyard)40[6]85[7]85[8]85[9]150[10]150[11]150[12]150[13]373[14]430[15]479[16]510[A][17]273[B][18]286[19]344[20]391[21]486[22]624[23]771[24]807[25]
A 2016-cı ilin oktyabr ayınadək köhnə hesablama sistemi tətbiq edilirdi
B 2016-cı ilin oktyabrından yeni hesablama sistemi tətbiq olunur

İstinadlar

Xarici keçidlər