JetBrains

JetBrains (əvvəlki adı IntelliJ Software) — proqram tərtibatçıları və layihə menecerləri üçün alətlər hazırlayan Çex[3] proqram təminatı tərtibatı özəl məhdud məsuliyyətli şirkəti.[4][5] Şirkətin baş ofisi Praqadadır və Çin, Avropa və ABŞ-də ofisləri var.[6]

JetBrains
Loqonun şəkli
Ümumi məlumatlar
Sənayeproqram təminatı sənayesi[d], İnteqrasiya olunmuş inkişaf mühiti
MəhsullarıIntelliJ IDEA, PyCharm, PhpStorm, CLion[d], Kotlin
Təsis tarixi2 yanvar 2000[1]
Baş qərargahın yeri
İqtisadi göstəriciləri
Ümumi kapital
  • 3.657.906.000 Kč (31 dekabr 2021)[2]
Ümumi aktivlər
  • 10.145.044.000 Kč (31 dekabr 2021)[2]
Ümumi gəliri
  • 10.431.527.000 Kč (2021)[2]
Xalis mənfəəti
  • 3.970.609.000 Kč (2021)[2]
Əməliyyat mənfəəti
  • 4.834.809.000 Kč (2021)[2]
Struktur
İşçi sayı
  • 103 nəf. (2021)[2]
jetbrains.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şirkət müxtəlif proqramlaşdırma dilləri üçün inteqrasiya olunmuş inkişaf mühitləri (IDE) təklif edir. 2011-ci ildə Java virtual maşınında (JVM) işləyə bilən Kotlin proqramlaşdırma dilini yaradıb. InfoWorld jurnalı 2011 və 2015-ci illərdə şirkəti "İlin Texnologiyası" mükafatına layiq görüb.[7][8]

Tarixi

2000-ci ildən 2016-cı ilə qədər istifadə olunan loqo

Əvvəlcə IntelliJ Software adlanan JetBrains, 2000-ci ildə Praqada üç rus proqram tərtibatçısı, Sergey Dmitriev, Valentin Kipyatkov və Eugene Belyaev[9] tərəfindən təsis edilmişdir.[10][11][12] Şirkətin ilk məhsulu Java dilində kodun refaktorinqi aləti olan IntelliJ Renamer idi.[5]2012-ci ildə baş icraçı direktor Sergey Dmitriyevin yerinə Oleq Stepanov və Maksim Şafirov keçdi.[13][14] 2021-ci ildə The New York Times nəşrinin iddiasına görə, naməlum tərəflər SolarWinds kiberhücumlarına və digər geniş yayılmış təhlükəsizlik kompromislərinə səbəb olan zərərli proqramları JetBrains proqram təminatına yerləşdirmiş ola bilər.[15] JetBrains yayımladığı press-relizdə, heç bir hökumət və ya təhlükəsizlik qurumu ilə əlaqə saxlamadıqlarını və "heç bir şəkildə bu hücumda iştirak etmədiklərini" bildirdi.[16] Hücuma məruz qalan şirkətlərdən biri olan SolarWinds-in baş direktoru, "kodun işlənib hazırlanmasını və sınaqdan keçirilməsini sürətləndirən JetBrains tərəfindən hazırlanmış proqram alətlərinin yol olması ehtimalı" barədə soruşdu: "cənab Ramakrişna hələ də heç bir sübut olmadığını söylədi".[17]

2022-ci ildə Rusiya–Ukrayna müharibəsinə cavab olaraq, şirkət Rusiyadakı satış və TƏ-İN fəaliyyətini qeyri-müəyyən müddətə, həmçinin Belarusda satışını dayandırdı.[18][19] Rusiyadakı hüquqi şəxs 21 fevral 2023-cü ildə ləğv edildi.[20]

Həmçinin bax

İstinadlar

Xarici keçidlər