Kürdlər (Füzuli)

Füzuli rayonunda kənd

KürdlərAzərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənd.

Kürdlər
39°32′29″ şm. e. 47°12′04″ ş. u.
Ölkə Azərbaycan
RegionFüzuli rayonu
RayonFüzuli rayonu
BaşçıAlı Alıyev
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Rəsmi dili
Rəqəmsal identifikatorlar
Telefon kodu+994
Nəqliyyat kodu19
Xəritəni göstər/gizlə
Kürdlər xəritədə
Kürdlər
Kürdlər
Kürdlər xəritədə
Kürdlər
Kürdlər

Tarixi

20 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.[1]

Toponimikası

  • Kürdlər oykonim, sadə.
  • Ağcabədi rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Qarqarçayının sahilində, Qarabağ düzündədir. Kənd musanlı tayfasının kürdlər tirəsinin məskunlaşması nəticəsində yaranmışdır;
  • Ağdam rayonunun Əlimədədli inzibati ərazi vahidində kənd. Dağətəyi ərazidədir. Yerli əhalinin məlumatına görə, vaxtilə kürddilli ailələrin məskunlaşması nəticəsində yarandığına görə belə adlandırılmışdır;
  • Cəbrayıl rayonunun Sirik inzibati ərazi vahidində kənd. Qarabağ silsiləsinin ətəyindədir. Yerli əhalinin məlumatına görə, keçmiş adı Hacıisaqlı olmuşdur. Əvvəllər bu ərazidə Zəngəzur qəzasındakı şotlanlı kürd tayfasına məxsus qışlaq yeri (Kürdlər qışlağı adlanırdı) olmuşdur. Sonralar burada salınmış yaşayış məntəqəsi köhnə qışlağın adı ilə tanınmışdır. Əslində isə kənd sakinlərinin kürdlərlə heç bir etnik əlaqəsi yoxdur. 1922-ci ildə çap edilmiş yaşayış məntəqələrinin siyahısında da kəndin adı Hacıisaqlı kimi qeydə alınmışdır;
  • Cəlilabad rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Burovar silsiləsinin şimal şərq ətəyindədir. Yaşayış məntəqəsi XIX əsrin ortalarında panavand tayfasının kürdlər tirəsinin oturaqlaşması nəticəsində yaranmışdır;
  • Füzuli rayonunun Əbdürrəhmanlı inzibati ərazi vahidində kənd. Düzənlikdədir. Kənd Qarabağa gələn qaçqınlar üçün Mehdi bəy Məlik-Aslanovun vəsaiti hesabına salınıb. Bu yaşayış məntəqəsi Mehdi bəyə məxsus olmuş, kürd ailələrinin məskunlaşması nəticəsində yaranmış və məskunlaşan ailələrin ümumi adını qəbul etmişdir. Kənd Mehdi bəy Kürdü də adlanır. Bundan əlavə olaraq, Mehdi bəy kəndə içməli su kəhrizi vurub. Həmin kəhriz aşkar olunmuş abidələrin siyahısına daxil edilmişdir və mədəniyyət abidələrinin siyahısına salınması istiqamətində Dövlət tərəfindən nəzarətə görülüb. Etnotoponimdir.[2]

İqtisadiyyatı

Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıqheyvandarlıq təşkil edir.

Həmçinin bax

İstinadlar

3. Nazim Tapdıqoğlu(Vəlişov) — "Füzuli rayonu Kürdlər kəndi" kitabı

4. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti - 11.09.2023-cü il N3-24-1/2-01-Q-416/22/2023

Xarici keçidlər