Kalidasa

Kalidasa[2] (sanskr. कालिदास) — klassik sanskritcə yazıb yaratmış müəllif. O, geniş şəkildə Sanskrit dilində ən böyük şairdramaturq kimi hesab olunur.

Kalidasa
कालिदास
Kālidāsa
Doğum tarixibilinmir
Doğum yeriHindistan
Vəfat tarixibilinmir
Vəfat yeriHindistan
Fəaliyyətişair, söz yazıçısı[d], dramaturq, yazıçı
Fəaliyyət illəri4. əsr–5. əsr
Əsərlərinin diliSanskrit dili
Janrlarepos, lirika, dram
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Eramızın 4-5 əsrində yaşamış hindli şair. Adının mənası "Kalinin xidmətçisi" deməkdir. Qupta imperiyasının dövründə yaşamış olduğundan başqa çox məlumat yoxdur. Bəzi alimlər isə onun digər bir Hindli şair olan Vikramaditya dövründə yaşamış olduğunu güman edirlər. Bu kral isə eramızın 4-cü əsrində yaşayırdı.

Fəaliyyətləri

Kalidasa Hind şeirinin ən tanınmış təmsilcisidir. Əsl Şiva dəstəkçisi olan Kalidasa Hind fəlsəfəsi üzrə də çoxlu şeir və oyunlar yazmışdır.Əsasən Sanskritcə yazırdı. Kalidasanın şeirləri qadın və uşaq ruhu qarşısında duyğulu, təiət sevgisiylə yüklü və lirik şeirlərdir. Şeirlərindən başqa dramları da vardı. Üç oyunu, iki dastanı və çoxlu şeirləri vardır. "Kumarasambhava" və "Raghuvamsa" adlı iki dastanı vardır. Oyunları isə "Malavikangnimitra", "Vikramorsavi" və fəaliyyətləri arasında ən tanınmış olan "Sakuntala"-dır. Oyunlarında əsasən krallar, mələklər, tanrılar,ruhlar və adi insanların həyatlarından bəhs edir.

İstinadlar

Mənbə

http://www.birdunyabilgi.net/kalidasa Arxivləşdirilib 2010-04-09 at the Wayback Machine