Kim Ki Duk

Kim Ki Duk (kor. 김기덕, Konseviç sistemində — Kim Qidok; 20 dekabr 1960[1][2][…], Ponxva[d], Könsan-Pukto[d]11 dekabr 2020[3][4], Riqa[5]) — Cənubi Koreya kinorejissoru, Venesiya kinofestivalının "Qızıl şir" mükafatı laureatı ("Pyeta" filminə görə).

Kim Ki-duk
Kim Ki-Duk
"Qızıl şir" mükafatını qazanarkən
"Qızıl şir" mükafatını qazanarkən
Doğum tarixi20 dekabr 1960(1960-12-20)[1][2][…]
Doğum yeri
Vəfat tarixi11 dekabr 2020(2020-12-11)[3][4] (59 yaşında)
Vəfat yeri
Vəfat səbəbiCOVID-19[6]
Vətəndaşlığı
FəaliyyətiRejissor
Fəaliyyət illəri1996-cı ildən
MükafatlarıOrder of Cultural Merit
Qızıl Şir
IMDbID1104118
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Kim Ki Duk 1960-cı il dekabr ayının 20-də Cənubi Koreyanın Kyonsan-Pukto əyalətinin Ponxva uyezdindəki Sobyonni kəndində anadan olub. Maddi çətinliklər üzündən 9 yaşındaykən məktəbdən ayrılaraq fabriklərdə çalışmağa başlayıb. 20 yaşında hərbi dəniz qüvvələrinə qatılır və 5 il orduda çavuş olaraq xidmət edir.

1990-cı ildə Fransaya köçən Kim Ki Duk burada rəssamlıq edərək öz həyatını keçirir. Və həvəsi olduğu — filmlərə ssenarilər yazır. Bir neçə mükafatlara layiq görülür. 1993-cü ildə Cənubi Koreyaya qayıdan Kim, burada film ssenariləri yazmağa başladı və 1995-ci ildən Korean Film Council'da iki mükafat birdən qazanır.

Karyerası

Kim, 1996`cı ildən kiçik büdcəli Timsah adlı filmiylə ilk kino rejissor kimi fəaliyyətinə başladı. Heç bir Kino təhsili almayan Kim bu filmi ilə Koreyalı film tənqidçilər tərəfindən tənqid atəşinə tutuldu. 2004`cü ildə Samariyalı Qız film ilə Berlin Beynəlxalq Film Festivalı`nda, Boş Ev filmi ilə də Venesiya Kino Festivalı`nda Ən yaxşı rejissor mükafatını aldı. 2011`ci ildə Arirang filmi ilə Kann Film Festivalı`nın Un Certain mükafatları bölümündə ən yaxşı film mükafatını qazandı. Hal-hazırda isə filmsevərlər tərəfindən tanınan Art-Xaus janrını təmsil edən filmlər arasında ən çox izlənilən rejissorlardan biridir.

Filmografiya

YılAzərbaycanca AdıOrijinal AdıKoreyaca Oxunuşu
1996Timsah악어Ag-o
Vəhşi Heyvanlar야생동물 보호구역Yasaeng dongmul bohoguyeog
1998Quşyuvası oteli파란 대문Paran daemun
2000Real Fiction실제 상황Shilje sanghwang
AdaSeom
2001Naməlum Ünvan수취인불명Suchwiin bulmyeong
Pis Oğlan나쁜 남자Nabbeun namja
2002Sahil Keşikçisi해안선Haeanseon
2003Yaz, Yay, Payız, Qış... və Yaz봄, 여름, 가을, 겨울 그리고 봄Bom yeoreum gaeul gyeoul geurigo bom
2004Samariyalı Qız사마리아Samaria
Boş Ev빈집Bin-jip
2005YayHwal
2006Zaman시간Shi gan
2007NəfəsSoom
2008Röya비몽Bimong
2011Arirang아리랑Arirang
Amin아멘Amen
2012Piyeta통증Pieta

Mükafatlar

Rejissorluq xaricində çalışmaları

  • Beautiful (2008, senarist/yazar)
  • Rough Cut (2008, senarist/yazar)

İstinadlar