Klaudiya Kardinale

İtaliyalı aktrisa

Klaudiya Kardinale (it. Claudia Cardinale) — İtaliya aktrisası.

Klaudiya Kardinale
it. Claudia Cardinale
Doğum adıKlod Jozefin Roz Kardinale
Doğum tarixi (85 yaş)
Doğum yeri Tunis
Vətəndaşlığıİtaliya İtaliya
Partnyorları
Fəaliyyətiaktrisa
Fəaliyyət illəri1957 — indi
Təhsili
  • Eksperimental Kinematoqrafiya Mərkəzi[d]
Boyu1,73 m[1]
MükafatlarıXidmətlərə görə ordeni "İncəsənət və Ədəbiyyat" ordeni "İncəsənət və ədəbiyyat" ordeninin komandor dərəcəsi Fəxri Legion ordeninin yüksək rütbəli zabiti "Fəxri Legion" ordeni komandoru "Fəxri Legion" ordeninin zabit dərəcəsi "Fəxri legion" ordeni kavaleri Grand Officer of the Order of Merit of the Italian Republic "İtaliya Respublikası qarşısındakı xidmətlərinə görə" ordeninin komandor dərəcəsi
Qızıl ayı
IMDbID0001012
official-claudiacardinale.com/…
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Klaudiya Kardinale 1938-ci ildə Tunisdə anadan olmuşdur. Anası İolanda Qreko Trapanidən idisə, atası italyan idi. Onun doğma dili fransız dili idi, ona görə də rejissor Lukino Viskontinin "Leopard" filminin çəkilişləri zamanı Klaudiya Kardinale öz replikalarını ucadan səsləndirməklə öyrənirdi.

Klaudiya 1957-ci ildə Tunisin ən cəlbedici italyan gözəli kimi Venesiya kinofestivalına dəvət alır. Daha sonra İtaliyanın ən şöhrətli rejissorları olan Federiko FelliniLukino Viskontinin filmlərində çəkilməyə nail olur.

Klaudiya Kardinale 2 dəfə ailə qurmuşdur: Franko Kristaldi və Paskuale Skuityeri ilə. O, XX əsrin 80-ci illərinin sonundan Parisdə yaşamağa başlamışdır. 2008-ci ildə Şərəf Legionu ordeni ilə təltif olunmuşdur [2].

Ailəsi

  • Oğlu — Patrisio.
  • Qızı — Klaudiya.

Filmoqrafiya

İlAzərbaycanca adıOrijinal adıRol
1958QohaGohaTeycel Olomun xidmətçisi
1958Həmişəki naməlumlarI Soliti IgnotiKarmelina
1959Lənətə gəlmiş dolaşıqlıqUn maledetto imbroglioAssuntina
1960Gözəl AntonioIl bell'AntonioBarbara
1960AusterlisAusterlitzPolina Bonapart
1960Rokko və onun qardaşlarıRocco E I Suoi FratelliCinetta
1961Çamadanlı qızLa ragazza con la valigiaAida
1961Şirlər azadlıqdaI leoni scatenatiAlbertina Ferran
1962KartuşCartoucheVenus
1963Səkkiz yarım8 ½Klaudiya
1963BəbirIl GattopardoAncelika Sedara / Bertiana
1963Çəhrayı panterThe Pink Pantherşahzadə Dala
1965Böyük Ayı bürcünün dumanlı ulduzlarıVaghe Stelle Dell' OrsaSandra
1966PeşəkarlarThe Professionalsmissis Mariya Qrant
1966İtmiş dəstəLost CommandMahidinin bacısı
1968Bir dəfə QərbdəOnce Upon A Time In The WestCill Makbeyn
1969Qırmızı çadırКрасная палаткаValeriya
1970Jerarın macəralarıThe Adventures Of GerardTereza
1972QəbulL'UdienzaAyşe
1974İnteryerdə ailə portretiGruppo di famiglia in un internoprofessorun arvadı
1975Gecəyarısı ən şirin həzz baş verirA Mezzanotte Va La Ronda Del PiacereQabriella Sansoni
1975Macəra belə başlayırQui comincia l'avventuraLaura
1976Ümumi xəcalət hissiIl Comune Senso Del PudoreArmida Ballarin
1978Nazaretli İsaJesus of Nazarethyalançı qadın
1978KorleoneCorleoneRoza Akkordino
1978TapançaL'armaMarta
1979Afinaya qaçışEscape To AthenaElina
1981DəriLa pelleşahzadə Konsuela Karaççiolo
1982FiskaraldoFitzcarraldoMolli
1984IV HenriHenry IVMatilda
1987Sevən kişiUn homme amoureuxCuliya Ştayner
1989Fransız inqilabıLa Révolution françaisemadam de Polinyak
1993Çəhrayı panterin oğluSon of the Pink PantherMariya Qambrelli
1999QuldurlarLi chiamarono... briganti!Donna Assunta
2002İndi isə, xanımlar və cənablarAnd Now Ladies and Gentlemenmadam Falkonetti
2009İpLe filSara
2010Sinyora Enrika ilə italyan olmaqSinyora Enrica ile İtalyan Olmaksinyora Enrika
2012Rəssam və onun modeliEl artista y la modeloLea
2014EffiEffieVikontessa

İstinadlar

Xarici keçidlər