Konfutsi İnstitutu

Konfutsi İnstitutu (çin. 孔子学院) — Çin Xalq Respublikası Təhsil Nazirliyinə bağlı qeyri-kommersiya ictimai təhsil təşkilatı[1]; xaricdə Çin dilinin yayılması üçün Çin mədəniyyət və təhsil mərkəzidir.[2] Mərkəzi iqamətgahı Xanban adlanır.[3]

Konfutsi İnstitutu Kanadada

Tarixi

İlk dəfə 2004-cü ildə yaradılmışdır. Belə ki, həmin vaxt ilk Konfutsi İnstitutu Koreya Respublikasının paytaxtı Seulda açılıb.[2]

2012-ci ildə dünyanın 96 ölkə və regionunda 328 Konfutsi İnstitutu fəaliyyət göstərirdi.[4]

Missiyası

Konfutsi İnstitutunun missiyası Çin dilinin başa düşülməsi, Çin mədəniyyətinin bütün dünyada təbliğ edilməsi və Çinlə digər ölkələr arasında dostluq münasibətlərini inkişaf etdirməkdir.[2]

"Çin dili körpüsü"

Konfutsi İnstitutunun qərargahı Xanban tərəfindən bütün dünya məktəblilərinin Çin dili üzrə "Çin dili körpüsü" adlı müsabiqəsi keçirilir.[3] Bu müsabiqə Çin dili üzrə təşkil olunmuş əhəmiyyətli beynəlxalq yarışdır.[3] 2008-ci ildən başlayaraq 2015-ci ilə kimi 8 belə müsabiqə uğurla keçirilib.[3] Finalda iştirak etmək üçün dünyanın 50 ölkəsindən 900 nəfərdən çox şagird dəvət olunub.[3] Xarici ölkələrdə seçmə turun iştirakçılarının sayı 20 min nəfərdən çox olub.[3]

Həmçinin bax

İstinadlar

Xarici keçidlər