Lüğət

müəyyən üslubla düzülən, mənası və ya tərcüməsi verilən və tələffüzü göstərilən sözlərin toplusudur

Lüğət ya da sözlük — bəlli üslubla düzülən, anlamı ya da tərcüməsi verilən və deyilişi göstərilən sözlərin toplusudur. Çağdaş sözlüklər daha çox əlifba sırası ilə düzülür. Sözlüklər praktik xarakter daşısa da, onlarda ədəbiyyat nəzəriyyəsinin inkişafı da öz qarşılığını tapır və elmin normativ vəziyyətini əks edən qaynağa çevrilir.[1]

Lüğət
Avstriyanın Qrats Universitetinin çoxcildli lüğəti

Tarixçəsi

Lüğətlər həm Şərqdə, həm də Qərbdə qədim tarixi vardır. Lüğətlərdə adətən ədəbi və fəlsəfi terminlərin şərhi verilirdi. Ensiklopediya lüğətin izahlı forması idi. Şərqdə daha çox təriqət terminlərini şərh edən lüğətlər məşhurdur. Sufi poeziyası simvol, rəmz və alleqoriyalar üzərində qurulduğundan sufi mütəfəkkirləri geniş sufi lüğətləri yazırdılar.

Orta əsrlərin lüğətləri dini ehkama əsaslanırdı. Maarifçilik dövründən bəri yeni ideologiyaların hakim olmasının ardınsa yeni ensiklopediyaların yaranması ənənəsi yaranmışdır. Yeni lüğət və ensiklopediyalar terminləri yeni ideologiyaya uyğun yozaraq şərh edirdi.

Sovet dövründə ədəbiyyata dair marksist nöqteyi-nəzəri əks edən ədəbi və ensiklopedik lüğətlərin hazırlanması böyük miqyas almışdı.

İlk türk dilli lüğət Mahmud Kaşğarinin yazdığı "Divanü Lüğat-it-Türk"dür.

Lüğətlər iki cür olur:

  1. Ensiklopedik lüğətlər (başqa sözlə Ensiklopediya)
  2. Filoloji lüğətlər: izahlı, terminoloji, ikidilli, orfoqrafik, orfoepik, etimoloji lüğətləri filoloji lüğətlər adlanır.

İzahlı lüğətlər

Filoloji lüğətlər

Dialektoloji lüğətlər

Tarixi, etnoqrafik lüğətlər

Terminologiya lüğətləri

İncəsənət terminləri lüğətləri

Riyaziyyat, fizika, kimya, informatika terminləri lüğətləri

Biotibbi, aqrar terminləri lüğətləri

Coğrafiya, geologiya lüğətləri

Mühasibat, ticarət, təsərrüfat lüğətləri

Hüquqşünaslıq lüğətləri

Hərbi lüğətlər

  • Məhərrəmov Mustafa. Rusca-azərbaycanca qısa hərbi lüğət.-Bakı: Gənclik, 1975.- 127, [1] s.

İdman lüğətləri

  • Ellada Tağıyeva, Fərhad Hüseynov. Rusca-Azərbaycanca basketbol terminləri lüğəti. «Mütərcim» nəşr., 2004.

Orfoqrafik lüğətlər

Söyüd

Əsas məqalə: Etimoloji lüğət

Tərcümə lüğətləri

Əsas məqalə: Tərcümə lüğəti

İkidilli lüğətlər

İngilis dili və Azərbaycan dili

Rus dili və Azərbaycan dili

Rus dili və ləzgi dili

Alman dili və Azərbaycan dili

Fransız dili və Azərbaycan dili

  • Əmirbəyov İ., Yusifov X. , İsmayılov R., Mövlüyarova M. Fransızca-Azərbaycanca neft terminləri lüğəti. «Nurlan» nəşr., 2004.

Çoxdilli lüğətlər

Çoxdilli terminoloji lüğətlər

İstinadlar

Xarici keçidlər

Həmçinin bax