Luka Toni

Luka Toni (it. Luca Toni ;26 may 1977[1][2][…]) — İtaliyalı keçmiş futbolçu.[4] Hücumçu mövqeyində oynayıb. İtaliya milli komandası ilə 2006-cı ildə Dünya çempionu olub.

Luka Toni
it. Luca Toni
Ümumi məlumatlar
Doğum tarixi26 may 1977(1977-05-26)[1][2][…] (46 yaş)
Vətəndaşlığı
Boyu193 sm[3]
Çəkisi88 kq[3]
Mövqeyihücumçu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Məhsuldar futbolçu olan Toni karyerası boyunca 300-dən çox qol vurub. Karyerasında vurduğu 322 qol ilə o, hal-hazırda bütün zamanların dördüncü ən çox qol vuran italyan futbolçudur.[5]

Karyerası

Futbolçu karyerasına 1991-ci ildə "Modena" klubunda başlayıb. Klub səviyyəsində tez tez komanda dəyişdirən Toni karyerası boyunca on iki fərqli İtaliya komandasında oynayıb. Futbol ustalığını gec göstərən o, İtaliya futbolunun aşağı divizionlarında və A Seriyasının kiçik klubları olan "Viçentsa" və "Breşiya" klublarında bir neçə mövsüm keçirdi.

Futbolçu 2003-cü ildə "Palermo" klubuna keçir və burada onun ulduzu parlayır. O, vurduğu qollarla, 2003-cü ildə komandaya A Seriyasına yüksəlməsinə kömək etdi. 2003/04 mövsümündə B Seriyası çempionluğunu qazanaraq, 30 qolla liqanın bombardiri oldu. Növbəti mövsümdə o, A Seriyasında 20 qol vuraraq klubun Avropaya vəsiqə qazanmasına kömək etdi.

2005-ci ildə "Fiorentina" klubuna keçir. "Fiorentina" ilə iki məhsuldar mövsümdən sonra Toni növbəti üç mövsümu Almaniyanın "Bayer Münhen" komandasında keçirdir.

2007-ci ildə "Bayer Münhen"ə yerli trebl əldə etməyə kömək etdi. 2007–08 mövsümündə də UEFA Kubokunda yarı finala yüksəlir. Komanda ilə keçirdiyi üçüncü mövsümüdə klubun məşqçisi ilə mübahisə etdikdən və ehtiyat heyətə salındıqdan sonra o, 2010-cu ildə "Roma" icarəyə verilir.

2010-cu ildə "Cenoa" klubuna transfer edilir. 2011-ci ildə isə "Yuventus" klubuna keçir.

2012-ci ildə o, BƏƏ Ərəb Körfəz Liqasında "Al-Nasr Dubai SC"də oynadı, lakin həmin ilin sonunda bir mövsüm üçün keçmiş klubu "Fiorentina"ya qayıtdı.

Karyerasında sonuncu klub olan "Hellas Verona" ilə üç mövsüm keçirdikdən sonra 2016-cı ildə karyerasını bitirir.

Karyera statistikası

Klub[6]

KlubMövsümLiqaÖlkə kubokuQitəToplam
DvizionOyunQolOyunQolOyunQolOyunQol
Modena1994–95C1 Seriyası9393
1995–96C1 Seriyası255255
Modena toplam348348
Empoli1996–97B Seriyası310031
Fiorenzuola1997–98C1 Seriyası26242304
Lodiyani1998–99C1 Seriyası3115213316
Trevizo1999–2000B Seriyası3515413916
Viçentsa2000–01A Seriyası31920339
Breşiya2001–02A Seriyası281341203414
2002–03A Seriyası16200162
Breşiya toplam441541205016
Palermo2003–04B Seriyası4530204730
2004–05A Seriyası3520113621
Palermo toplam8050318351
Fiorentina2005–06A Seriyası3831424233
2006–07A Seriyası2916002916
Bayer Münhen2007–08Bundesliqa31244511104639
2008–09Bundesliqa251421833518
2009–10Bundesliqa40212081
Bayer Münhen toplam60388721138958
Bayer Münhen II2009–103. Liqa20000020
Roma2009–10A Seriyası1552000175
Cenoa2010–11A Seriyası16324187
Yuventus2010–11A Seriyası1421000152
2011–12A Seriyası000000
Yuventus toplam1421000152
Al Nasr2011–12BƏƏ PRO Liqası832230135
Fiorentina2012–13A Seriyası27810288
Fiorentina toplam9455529957
Verona2013–14A Seriyası3420213621
2014–15A Seriyası3822113923
2015–16A Seriyası23621257
Verona toplam95485310051
Karyerasında toplam58626844242613658306

Əlaqəli keçidlər

İtaliya A Seriyası bombardirləri

İstinadlar

Xarici keçidlər