M-1978 Koksan

M-1978 "Koksan" (koreya dilində: 곡산포; rus dilində: Чучхе-по Rom: Juche-po, ilk göründüyü şəhərin şərəfinə özüyeriyən haubitsaya Qərbdə verilən ad) Şimali Koreyanın 170 mm-lik özüyeriyən artilleriya qurğusudur[1]. Özüyeriyən haubitsa sinfinə məxsusdur. Atış tezliyi 5 dəqiqədə 1–2 atışdır. Maksimum sürəti 40 km olub, əməliyyat mənzili 300 km təşkil edir. Asma sistemi burulma çubuğudur. Haubitsanın effektiv atəş məsafəsi~40 km (standart döyüş sursatı) və 60 km (gücləndirilmiş sursatlarla) təşkil edir. Maksimum atəş məsafəsi isə 60 km (RAP dövrəsi ilə) təşkil edir[2].

M-1978 Koksan
Tipiözüyeriyən haubitsa/özüyeriyən artilleriya
Ölkə
İstismar tarixçəsi
İstismara başlanması1978
İstismar edənlər Şimali Koreya
 İran
İstifadə edilən döyüşlər
İstehsal tarixçəsi
İstehsalçıİkinci Maşın Sənayesi Bürosu (Şimali Koreya)
Variantları
  • M-1978 Koksan
  • M-1989 Koksan
Xüsusiyyətləri
MühərrikDizel mühərriki
Əsas silah170 mm (6.69") top
Ekipaj8
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Təsviri

Texnika haqqında məlumat olduqca məhduddur. Məlumdur ki, bu texnika, KXDR-də istehsal edilmiş (və ehtimal ki, işlənib hazırlanmış) T-54, T-62 və ya Type 59 tanklarının şassisinin üstündə açıq qüllənin quraşdırıldığı 170 mm-lik artilleriya silahıdır. KPA Journal jurnalında bildirilmişdir ki, texnika 1960-cı illərdə Sovet İttifaqı tərəfindən İkinci dünya müharibəsində ələ keçirilmiş olan Alman 17 cm Kanone 18 toplarının və ya Yapon 150 mm Tip 96 haubitsalarının Şimali Koreyaya verilmiş olan modellərinin dizaynları əsasında inkişaf etdirilə bilərdi. Haubitsanın bəzi taktiki və texniki xüsusiyyətləri də məlumdur. Özüyeriyən haubitsa ilk dəfə 1985-ci ildəki hərbi paradda nümayiş etdirilmişdir.

Modifikasiyaları

M-1989 12 mərmi daşımağı bacaran modifikasiyadır.

Hərbi əməliyyatlar zamanı istifadəsi

M-1978 və M-1989 Şimali Koreya qoşunları tərəfindən 36 maşından ibarət artilleriya alaylarında, əsasən Koreyanın silahsızlaşdırılmış zonası boyunca yerləşdirilmişdirlər. Artilleriya qurğuları adətən yaxşı kamuflyaj edilmiş beton konstruksiyalarda gizlədilmişdir.

Koksan özüyeriyən artilleriya qurğularının hərbi əməliyyatlar zamanı istifadəsi ilə bağlı yeganə təsdiqlənmiş hadisə KXDR-in onları İrana verdiyi İran-İraq müharibəsi olmuşdur. Sözügedən artilleriya qurğuları İraqın mövqelərinə və arxada yerləşən batareyalarına qarşı müvəffəqiyyətlə istifadə edilmişdir. İraqın da əlində müəyyən sayda bu artilleriya qurğularından olduğu məlumdur.

Ehtimal ki, Yeonpyeong adasının atəşə tutulması zamanı da bu artilleriya qurğularından istifadə edilmişdir.

İstifadəçilər

  •  Şimali Koreya — 2018-ci ilin statistik məlumatlarına görə naməlum sayda M-1978 və M-1989 modelləri istifadə edilir.
  •  İran — 2018-ci ilin statistik məlumatlarına görə 30 ədəd M-1987 modeli istifadə edilir.

İstinadlar