Madeyra

Atlantik okeanında, Portuqaliyadan 1000 kilometr, Afrikadan 500 kilometr məsafədə olan Portuqaliyaya məxsus ada

Madeyra (port. madeiraağac parçası) — Atlantik okeanında, Portuqaliyadan 1000 kilometr, Afrikadan 500 kilometr məsafədə olan Portuqaliyaya məxsus ada.

Madeyra xəritədə

Arxipelaq iki məskunlaşmış: Madeyra və Portu-Santu və iki az məskunlaşmış Desertaş adası və Selvenş adasından ibatərdir. Son iki ada köç edən quşların dayanacaq yeridir.

Madeyra Portuqaliya dənizçiləri tərəfindən 1418 və 1420-ci illər arasında kəşf edilmişdir. Adalar 1807–1814-cü illər arasında Böyük Britaniyanın nəzarətində olmuşdur.[1]

Ada ilboyu turizm üçün ideal yer sayılır, o məşhur Madeyra şərabı, gülləri və ilboyu mülayim iqlimi ilə tanınır[2] (temperatur 16 °C – 25 °C).

Funşal adasındakı port Avropanın kruiz gəmilərinin dayanacaq yeridir.

İstinadlar

Xarici keçidlər