Malay Federasiyası

Malay Federasiyası (malay Persekutuan Tanah Melayu) — 1948-ci ildən 1963-cü ilə qədər mövcud olan 11 ştatın bir federasiyası (9 Malay sultanlığı və ingilis yaşayış yerləri PinanqMalakka) [1]. Paytaxtı — Kuala Lumpur.

Tarixi dövlət
Malay Federasiyası
malay Persekutuan Tanah Melayu
malay ڤرسكوتوان تانه ملايو
BayraqGerb
BayraqGerb
1948 — 1963

PaytaxtKuala Lumpur
Rəsmi dilləri
Ərazisi
  • 1.323.642 km²
İdarəetmə formasıkonstitusiyalı monarxiya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

1946-cı ildə bu 11 ştatdan vahid ingilis müstəmləkəsi - Malay ittifaqı təşkil olundu [2]. Malay millətçilərinin kəskin mübarizəsi və etiraz çıxışlarının güclənməsi nəticəsində ittifaq tezliklə dağıldı və 1948-ci ilin yanvarından Malay ittifaqı Malay Federasiyası halında təşkil olundu.

Malay ittifaqının tərkibində hüquq və imtiyazlarından məhrum olan Malay sultanları Federasiyanın tərkibində dövlət başçısı mövqelərinin bərpa olunmasına nail oldular. Malay sultanlıqları Böyük Britaniyanın protektoratlıqları oldular, Pinanq və Malakka isə Britaniya müstəmləkə əraziləri kimi qalmaqda davam edirdilər.

31 avqust 1957-ci ildə [3] Federasiya Millətlər cəmiyyətinin tərkibində müstəqillik hüququ əldə etdi və BMT-nin üzvü oldu [4]. .

1963-cü ildə Malay Federasiyası, Sinqapur, Saravak və Şimali Borneo Malayziya dövlətində birləşdilər [5], 9 avqust 1965-ci ildə Sinqapur Malayziyadan ayrılaraq müstəqil dövlət oldu [6].

İstinadlar

Xarici keçidlər