Martin Buber

Martin Mardoxay Buber (8 fevral 1878[1][2][…], Vyana, Avstriya-Macarıstan[3]13 iyun 1965[3][1][…], Qüds[3]) — alman-yəhudi filosofu və yazıçısı, iudaizm mütəfəkkiri.[5]

Martin Buber
alm. Martin Buber
Doğum tarixi8 fevral 1878(1878-02-08)[1][2][…]
Doğum yeri
Vəfat tarixi13 iyun 1965(1965-06-13)[3][1][…] (87 yaşında)
Vəfat yeri
Vətəndaşlığı
İstiqamətiAvropa fəlsəfəsi
Əsas maraqlarıontologiya, İudaizm, fəlsəfə[4], ədəbiyyat[4], tərcümə[4]
Təsirlənibİmmanuel Kant, Sorn Kyerkeqor, Fridrix Nitsşe, Otto Ueyninger
Saytbuber.de
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

1896–99-cu illərdə Vyana, Leypsiq, SürixBerlində fəlsəfəni öyrənmiş, həmçinin AvropaAsiyanın mistik ənənələrinə maraq göstərmişdir. 1898–1904-cü illərdə sionist hərəkatının demokratik fraksiyasında iştirak etmiş, lakin sonralar siyasi sionizmdən uzaqlaşmış, mədəni-milli yəhudi hərəkatının nüfuzlu ideoloquna çevrilmişdir. Buber dinc anarxizmə və M. Qandi ruhunda qeyri-zorakı təsir ideyalarına rəğbət bəsləyir, yəhudilərin Fələstində dövlətsiz və ordusuz azad kooperativ məskənlərinin olmasını arzulayırdı. Frankfurt-Mayn Universitetinin (1924–33), 1938-ci ildə Fələstinə mühacirət etdikdən sonra Yerusəlimdə Yəhudi Universitetinin (1938–51) professoru, 1960–62-ci illərdə İsrail Elmlər Akademiyasının prezidenti olmuşdur.[5]

Fəaliyyəti

İkinci dünya müharibəsindən sonra ABŞAFR-də mühazirələr oxumuş, ərəb -yəhudi düşmənçiliyini və Fələstin ərəblərinə münasibətdəki antihumanist hərəkətləri pisləmişdir. Əsas əsərləri: "Mən və Sən" ("Ich und Du", 1923), "İlahi Çarlığı" ("Königtum Gottes", 1932), "İnsanın problemi" ("Das Prob lem des Menschen", 1948) "Etiqadın iki obrazı", ("Zwei Glaubensweisen", 1950), "Xeyir və Şərin obrazları" ("Bilder von Gut und Böse", 1952) və s. Buberin fəlsəfəsi ekzistensializmə yaxındır; onun başlıca ideyası: varlıq Allah və insan, insan və dünya arasında "dialoq" kimidir. Yunan monologizminə qarşı duran "dialoq" ruhunu Buber Bibliyadakı dünya anlamında axtarırdı. Buber xasidizmin panteist ənənələrinə xüsusi diqqət ayırmışdır.[5]

İstinadlar

Xarici keçidlər