Sorn Kyerkeqor

Sorn Kyerkeqor (dan. Søren Kierkegaard; 5 may 1813[1][2][…], Kopenhagen, Danimarka-Norveç[4]11 noyabr 1855[3][2][…], Kopenhagen[4]) — ilk ekzistensialist filosof olaraq qəbul edilən danimarkalı sosial tənqidçi, dini yazıçı, şair, teoloq və filosof.[6][7]

Sorn Kyerkeqor
dan. Søren Aabye Kierkegaard
Doğum tarixi5 may 1813(1813-05-05)[1][2][…]
Doğum yeri
Vəfat tarixi11 noyabr 1855(1855-11-11)[3][2][…] (42 yaşında)
Vəfat yeri
Vəfat səbəbivərəm, İflic[5]
Vətəndaşlığı
İstiqamətiEkzistensializm
Əsas maraqlarıfəlsəfə
TəsirlənibAristotel, Avreli Avqustin, Qothold Efraim Lessinq, Martin Lüter, Fridrix Şellinq, Georq Vilhelm Fridrix Hegel, Xristian Volf, İmmanuel Kant
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Kyerkeqor 1813-cü ildə Kopenhagendə varlı bir ailədə doğuldu.[8] Varlı tüccar olan atasının dindarlığı Kyerkeqora da təsir etmişdi. O, erkən yaşlarından dini mətinləri oxumağa başlamışdı. Dini araşdırmalar onu fəlsəfəyə doğru çəkirdi. Kyerkeqor gənckən Xristian Volf,[9] Lüdviq Holberq,[10] Yohan Georq Hamann,[11] Qothold Efraim Lessinq,[12] Eduard Yunq[13]Platonun əsərlərini oxuyurdu. 1830-cu ildə Kopenhagen Universitetinə daxil oldu və fəlsəfə sahəsində ixtisaslaşdı. Sonrakı illərdə Regina Olsenlə olan uğursuz münasibəti Kyerkeqora təsir etdi. O münasibəti davam etdirə bilməməsinə səbəb kimi öz melanxoliyasını göstərirdi.[14][15]

Sorn Kyerkeqor "Xristianlığa hücum" başlığı altında bir neçə məqaləsi üstündə işləyərkən onurğa vərəminə tutuldu və 11 noyabr 1855-ci ildə vəfat etdi.[16]

Fəlsəfəsi

Kyerkeqor dindar atasının təsiriylə din təhsili almış və qatı bir dini atmosferdə böyümüşdür. Uşaqlığı boyunca yetişdiyi mühitin təsirini görmək mümkündür. Özü də dini düşüncələri olan biri olmaqla birlikdə davamlı din adamlarıyla, təşkilatlarıyla və düşüncələriylə qarşıdurma halında idi. Mövcud xristianlığın korlanmış olduğunu irəli sürdü və xristian inancının tamamilə yenilənməsinə istiqamətli tənqidlər inkişaf etdirdi. Kyerkeqor dintanrını tamamilə fərdi bir mövzu olaraq qiymətləndirdi.[17][18] Bu istiqamətdə gedərək sistematik fəlsəfənin fərdi gözardı edən holizm anlayışını rədd etdi. O, öz fəlsəfəsində fərdi mərkəzə qoymuşdu.

Kyerkeqor ekzistensializmin qabaqcıllarından sayılır.[19][20][21] O, müəyyən bir fəlsəfi sistem inkişaf etdirməsə də (Kyerkeqor bu mənada Fridrix Nitsşe kimi müstəqil və sistemsiz filosoflardandır), istifadə etdiyi anlayışlar və fəlsəfə etmə tərzi sonradan ekzistensial fəlsəfələrdə görülən xüsusiyyətləri özündə ehtiva edirdi. Kyerkeqorun etiraz etdiyi və davamlı tənqid etdiyi filosof Hegeldir.,[22] Hegelin rasionalist və sitematli fəlsəfəsi Kyerkeqor üçün qəbul edilməz idi.

Ekzistensial fəlsəfələrdə görülən anlayışların əksəriyyəti ilkin olaraq Kyerkeqorda görülür:axmaqlıq, böhrana düşmə, qorxu və qayğı. Kyerkeqorun fəlsəfi istiqaməti bir baxımdan mövcud xristianlıq içində və hətta qarşısında necə yaxşı bir xristian olunacağı məsələsi ilə də bağlıdır. Kyerkeqor fəlsəfə tarixinin mücərrəd məntiqi fantastikalarla inkişaf etdiyini və bu səbəblə fərdi, fərdin gerçək həyatını gözdən qaçırdığını düşünürdü. Onun üçün varlıq konkret və subyektiv bir insanın həyatıdır. Bu səbəblə fəlsəfə konkret düşünməyə, yəni varlıq məsələsinə yönəlməlidir.[23]

Əsərləri

  • 1841 — "İroniya anlayışı haqqında" (Om Begrebet Ironi med stadigt Hensyn til Socrates) (Kyerkeqorun magistr dissertasiyası)
  • 1843 — "Ya — ya da" (Enten-Eller)
  • 1843 — "İki düzəldici söhbət"
  • 1843 — "Qorxu və dəhşət" (Frygt og Bæven)
  • 1843 — "Təkrarlama" (Gjentagelsen)
  • 1844 — "Fəlsəfi qırıntılar" (Philosophiske Smuler)
  • 1844 — "Qorxu konsepsiyası" (Begrebet Angest)
  • 1845 — "Həyat yolu mərhələləri" (Stadier paa Livets Vei)
  • 1846 — "Fəlsəfi qırıntılar" üçün son elmi olmayan söz" (Afsluttende uvidenskabelig Efterskrift)
  • 1847 — "Fərqli bir ruhda ibrətamiz çıxışlar" (Opbyggelige Taler i forskjellig Aand)
  • 1847 — "Sahə zanbaqları və göydəki quşlar bizə nə öyrədir"
  • 1847 — "Sevgi məsələsi" (Kjerlighedens Gjerninger)
  • 1847 — "İki kiçik etik və dini traktat"
  • 1848 — "Xristian çıxışları" (Christelige Taler)
  • 1848 — "Baş keşiş" — "Zülmkar" — "Günahkar"
  • 1849 — "Ölümcül xəstəlik" (Sygdommen til Døden)
  • 1849 — "Tarla zanbağı və göy quşu: Üç ilahi söhbət" (Lilien paa Marken og Fuglen under Himlen)
  • 1850 — "Xristianlığa giriş" (Indøvelse i Christendom)

İstinadlar

Mənbə

  • Dorrien, Gary. Kantian Reason and Hegelian Spirit. The Idealistic Logic of Modern Theology (5th). Hoboken, NJ: John Wiley & Sons. 2012. ISBN 978-0-470-67331-7.