Mehkad Bruks

Mehkad Ceyson MakKinli Bruks (ing. Mehcad Jason McKinley Brooks; 25 oktyabr 1980, Ostin) — ABŞ aktyoru və model. O, daha çox «Ümidsiz evdar qadınlar» teleserialındakı Metyu Apprayt və «Lazımsız kobudluq» teleserialındakı Ti Key rolları ilə tanınır.

Mehkad Bruks
Doğum adıMehcad Jason McKinley Brooks
Doğum tarixi25 oktyabr 1980(1980-10-25) (43 yaş)
Doğum yeri
Vətəndaşlığı
Fəaliyyətiaktyor, televiziya aktyoru, model[d], kino aktyoru
Fəaliyyət illəri2002-ci ildən
Təhsili
Boyu191 sm
IMDbID1419635
mehcad-brooks.net
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Mehkad Ceyson MakKinli Bruks 25 oktyabr 1980-ci il tarixində ABŞ-nin Texas ştatında yerləşən Ostin şəhərində anadan olmuşdur.

Bruks orada L.K. Anderson adına orta məktəbdə təhsil almışdır. 1999-cu ildə oradan məzun olan Bruks Cənubi Kaliforniya Universitetinin Kinematoqrafiya və Televiziya fakültəsinə daxil olmuşdur. Bruks 2010-cu ilin sentyabr ayında bildirmişdir ki, o, basketbol üzrə tədris almaqdan imtina etmiş və daha sonra aktyorluq karyerasına start vermək üçün universiteti tərk etmişdir.

Şəxsi həyatı

Mehkad keçmiş NFL oyunçusu Billi Bruksun oğludur. Onun ögey atası hüquqşünas Geri Bledso.[1]

Bruks "IGN" ilə keçirdiyi müsahibədə bildirmişdir ki, o, video oyunları, xüsusilə də "Madden NFL 07" və "NBA 2K" kimi kiberidman, o cümlədən "Call of Duty" və "Medal of Honor" kimi döyüş oyunlarını sevir.[2]

Bruks «Məxluq» filmindəki həmkarı Serinda Suon ilə sevgili olmuş, ancaq 2011-ci ildə ondan ayrılmışdır.[3][4]

Mediada

Bruks Emanuela de Paula ilə birlikdə "GQ" jurnalının iyul 2010-cu il buraxılışında təsvir edilmişdir.[5]

Filmoqrafiya

İstinadlar

Xarici keçidlər