Milli Futbol Liqası

Milli Futbol Liqası (MFL) (ing. National Football League (NFL)) - peşəkar Amerika futbolu liqası. Liqanı təşkil edən 32 klub Milli Futbol Konfransı (MFK) və Amerika Futbol Konfransı (AFK) adlı iki bərabər hissəyə bölünür. MFL Şimali Amerikada dörd əsas peşəkar idman liqalarından biridir və Amerika futbolunda dünyada ən yüksək pillədir.[3] MFL-in 17 həftəlik daimi mövsümü Əmək günündən sonrakı həftə başlayaraq Miladdan sonrakı həftəyə qədər davam edir ki, bu müddətdə hər komanda 16 oyun və bir boş həftə keçirir. Daimi sezon nəticələndikdən sonra hər konfransdan 6 klub (4 divizion qalibi və 2 vəhşi kart klubu) pley-off mərhələsinə yüksəlir. NFK və AFK pley-off qaliblari Super Boul uğrunda mübarizə aparırlar.

Milli Futbol Liqası
Aktual sezon/turnir 2016 MFL mövsümü
İdmanAmerika futbolu
İlk mövsüm20 avqust 1920 (103 il əvvəl) (1920-08-20)[1]
Klub sayı32
Ən uğurlu komandaQrin-Bey Pekers (13 dəfə)[2]
ÖlkəABŞ ABŞ
Ən son çempionKansas City Chiefs[2]
Rəsmi saytnfl.com

MFL 1920-ci ildə Amerika Peşəkar Futbol Assosiasiyası adı ilə yaranmış və 1922-ci il mövsümündən sonra Milli Futbol Liqası adını almışdır. 1966-cı ildə Amerika Futbol Liqası (AFL) ilə birləşmək qərarı almış və sezon sonunda ilk Super Boul verilmişdir; birləşmə prosesi 1970-ci ildə tamamlanmışdır. Bugün MFL dünyada ən çox ortalama tamaşaçıya (67,591) malik peşəkar idman liqasıdır[4] və ABŞ-da ən məşhur idman liqasıdır. Super Boul dünyanın ən nəhəng idman hadisələri sırasındadır[5] və bəzi Super Boul oyunu Amerika tarixində bir çox dəfə ən çox baxılan televeriliş olmuş və 2015-ci ildə də ən çox baxılan televeriliş ünvanını əldə edib.[6] Liqanın icraçı direktoru liqanın tənzimlənməsində geniş səlahiyyətə malikdir.

Ən çox MFL çempionu olan klub Qrin-Bey Pekers (13 dəfə), ən çox Super Boul qazanmış klub isə Pittsburq Stilers (6 dəfə) olmuşdur. Liqanın son qalibi Super Boul 50-də Karolina Pantersi 24-10 nəticəsi ilə məğlub edən Denver Bronkosdur.

Tarixi

Klublar

Bills
Dolphins
Patriots
Jets
Ravens
Bengals
Browns
Steelers
Texans
Colts
Titans
Broncos
Chiefs
Raiders
Chargers
Cowboys
Giants
Eagles
Redskins
Bears
Lions
Packers
Vikings
Falcons
Panthers
Saints
Buccaneers
Jaguars
Cardinals
Rams
49ers
Seahawks

MFL hər birində 16 klub olmaqla iki konfransda iştirak edən ümumilikdə 32 klubdan ibarətdir. Hər konfrans dörd klubdan təşkil olunan dörd diviziyaya bölünür. Daimi mövsüm müddətində hər klubun heyətində 53 oyunçunun olmasına icazə verilir;[7] oyun günü isə yalnız onlardan 46-sı aktiv (oynamağa münasib) ola bilər.[8] Hər klub əsas heyətə aid olmayan 10 oyunçudan ibarət təcrübə heyətinə də malik ola bilər, lakin buradakı oyunçu cari mövsümün son 9 oyununda aktiv vəziyyətdə olmamalıdır. Hər bir oyunçu təcrübə heyətində 3 mövsümdən artıq qala bilməz.[9]

Qeydlər

İstinadlar