Meqazəlzələ

Meqazəlzələyer qabığının plitələri arasında, zonanın bir tektonik plitəsinin digəri ilə toqquşması zamanı çökmüş plitə sərhədlərində (konvergent sərhədlərində) subduksiya zonalarında baş verən zəlzələdir. Bu tip zəlzələ Yer planetində baş verən ən güclü zəlzələdir, maqnitudası 9,0-dan yuxarıdır. Heç bir başqa məlum aktiv fəaliyyət növü bu miqyasda təsvir edilmir.

Terminologiya

Yer qabığın qırılmalarında plitənin bir hissəsi digərinə nisbətən yuxarıya doğru hərəkət edir və təkan kimi adlanan hərəkət növüdür. "Meqatəkan" termininin ümumi qəbul edilmiş mənası yoxdur, lakin plitələrin bir-birinə qarşı son dərəcə nəhəng üstəgəlməsini təsvir etmək üçün istifadə olunur.[1]

Ərazi

Ən böyük subduksiya zonası SakitHind okeanlarına aiddir və Sakit Okean Qurşağının vulkanik fəaliyyəti ilə bağlıdır. Bu zonada baş verən zəlzələlər okean dibini deformasiyaya uğratdığı üçün əksər hallarda sunami ilə nəticələnir. Onların bir neçə dəqiqəyə qədər müəyyən müddət ərzində güclü titrəyişlərlə müşayiət olunduğu məlumdur.

20-ci əsrin əvvəllərindən başlayaraq ən güclü zəlzələlər

Ən güclü zəlzələlərin cədvəli
ƏraziTarixMaqnitudaKoordinatlar
1. Çili22 may 19609.5−38,24/-73,05
2. Şahzadə Uilyam Boğazı, Alyaska, ABŞ28 mart 19649.261,02/-147,65
3. Cənubi Sumatranın qərb sahillərində26 dekabr 20049.13,30/95,78
4. Kamçatka4 noyabr 19529.052,76/160,06
5. Yaponiya11 mart 20119.0
6. Ekvador sahillərində31 yanvar 19068.81,0/-81,5
7. Ret adaları, Alyaska, ABŞ13 oktyabr 19638.751,21/178,50
8. Cənubi Sumatra, İndoneziya28 mart 20058.62,08/97,01
9. Andrean adaları, Alyaska, ABŞ4 fevral 19658.651,56/-175,39
10. Assam, Tibet15 avqust 19508.628,5/96,5
11. Kuril adaları13 oktyabr 19638.544,9/149,6
12. Banda dənizi, İndoneziya1 fevral 19388.5−5,05/131,62
13. Kamçatka3 fevral 19238.554,0/161,0

Həmçinin bax

İstinadlar

Xarici keçidlər