Mişel İdalqo

Mişel İdalqo (fr. Michel Hidalgo; 22 mart 1933[1][2][…]26 mart 2020[3][4][…]) — Fransa futbolçusu və məşqçi. O, 1976-cı ildən 1984-cü ilə qədər Fransa milli futbol komandasının baş məqşçisi olmuşdur və onunla doğma ölkədə keçirilən UEFA Avro 1984-ün qalibi olmuş və həmçinin 1982 FİFA Dünya Kubokunun yarımfinalına qədər irəlliyə bilmişdir. İdalqo 26 mart 2020-ci ildə 87 yaşında Marseldə vəfat etdi.[5][6]

Mişel İdalqo
fr. Michel Hidalgo
25 mart 1981-ci ildə 1982 FİFA Dünya Kuboku seçmə mərhələsinin Niderlanda qarşı oyunundan sonra Fransa baş məşqçisi postundaikən Mişel İdalqo
25 mart 1981-ci ildə 1982 FİFA Dünya Kuboku seçmə mərhələsinin Niderlanda qarşı oyunundan sonra Fransa baş məşqçisi postundaikən Mişel İdalqo
Ümumi məlumatlar
Doğum tarixi22 mart 1933(1933-03-22)[1][2][…]
Vəfat tarixi26 mart 2020(2020-03-26)[3][4][…] (87 yaşında)
Vətəndaşlığı
Boyu168 sm
Mövqeyiyarımmüdafiəçi
Karyerası
Gənclik karyerası
0000
Klub karyerası[* 1]
1952—1954Fransa Havr47 (13)
1954—1957Fransa Reyms66 (23)
1957—1966Fransa Monako301 (31)
Milli yığma[* 2]
1962Fransa Fransa1 (0)
Məşqçisi olduğu klublar
Fransa Monako(əvəzedici heyət)
Fransa Mentonoyunçu-məşqçi
Fransa Monako(əvəzedici heyət)
Fransa Fransa(köməkçi)
1976—1984Fransa Fransa
1986—1991Fransa Marsel (futbol direktoru)

Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Klub karyerası

İdalqonun atası ispan əsilli idi, anası isə fransız. O, Fransanın şimalında doğulmuş və Normandiyada böyümüşdür və burada futbol oynamağa başlamışdır. O, Meksikalı patriot Migel İdalqo i Kostilyanın şərəfinə adalandırılmışdır. Yarımmüdafiəçi mövqeyində oynamış İdalqonun gənclik klubu "US Normandiya" olmuşdur. Daha sonra o, iki mövsüm "Havr" klubunda keçirtdi və daha sonra "Reyms" klubuna transfer olundu. "Reyms"in heyətində o, "Real Madrid"ə qarşı keçirilən və 4–3 hesablı məğlubiyyətlə bitən 1956 Çempionlar Kuboku finalında qol vurmuşdur, bundan başqa 1955-ci ildə klubla liqanın qalibi oldu.[7][8]

Futbolçu karyerasında son klub olan "Monako" ilə o, 2 dəfə liqa və 2 ölkə kubokunun çempionu oldu.

Milli komanda karyerası

Beynəxalq səviyyədə o, Fransa millisini bir dəfə, 1962-ci ildə İtaliya komandasına qarşı yoldaşlıq oyununda təmsil etmişdir.[9]

Məşqçi karyerası

İdalqo 1967-ci ildə Monakonun ikinci komandasını çalışdırmağa başlamış və 1968–1969-cu illərdə "Menton" klubunda oyunçu-məşqçi olmuşdur.

27 mart 1976-cı ildə, Fransanın böyük turnirlərdə çətinlik çəkdiyi bir vaxtda o, köməkçisi olduğu Ştefan Kovaçın yerinə Fransa millisinin baş məşqçisi təyin edildi. Onun əlində pleymeyker mövqeyində oynayan və kapitan olan Mişel Platini var idi, hansınla ki o, Fransa futbol tarixində yeni bir səhifə açmağa və qələbə yoluna qayıtmağa nail olmuşdur. 1978 FİFA Dünya Kubokunun birinci raundunda məğlub olduqdan sonra o, komanda ilə 1982 FİFA Dünya Kubokunda yarımfinala qədər gələ bilsə də bu mərhələdə penalti seriyasından (əlavə vaxtdan sonra hesab 3–3 olmuşdur) sonra Qərbi Almaniya komandasına uduzdu; sonda Fransa turniri 4-cü yerdə başa vurdu. 1984-cü ildə o, doğma ölkəsində keçirilən UEFA Avro 1984-də zəfər qazandı, komanda Parisdəki finalda 2–0 hesabı ilə İspaniyaya qalib gəldi; bu, Fransanın ilk böyük beynəlxalq titulu idi. Bu dövrdə Fransa millisinin göstərdiyi maraq doğuran hücum tərzi mətbuatda "şampan futbolu" kimi tanınırdı. İdalqo həmçinin Fransanın "carré magique" (sehrli kvadrat) ləqəbli dörd (Mişel Platini, Alan Jiress, Jan Tiqana və Luis Fernandes) yaradıcı və istedadlı futbolçulardan ibarət yarımmüdafiə xəttinin banisi hesab olunur.[7][8][10][11][12]

Qələbədən sonra vəzifəni köməkçisi Anri Mişelə təhvil verdi və millinin texniki direktor vəzifəsinə işə başladı və burada 1986-cı ilə qədər qaldı, sonra "Marsel"də məşqçi təyin olundu.

Məşqçi statistikası

KomandaBaşalnğıc iliSonuncu ilGöstəricilər
OQHHMQələbə %
Fransa197619847541151954,67
Cəmi7541151954,67

Vəfatı

O, 26 mart 2020-ci ildə, bir xəstəliklə uzun sürən mübarizədən sonra, 87 yaşında, Marseldə vəfat etdi.[7][8]

Nailiyyətləri

Oyunçu kimi

Reyms

Monako

  • Fransa divizyonu 1: 1960–61, 1962–63
  • Fransa kuboku: 1959–60, 1962–63
  • Fransa Superkuboku: 1961

Məşqçi kimi

Fransa[8]

Fərdi

İstinadlar