Nürnberq

Nürnberq (alm. Nürnberg‎) — Bavariyanın (Almaniya) orta hissəsində yerləşmiş şəhər. Nürnberq öz əhalisinə görə Bavariyada 2-ci, Almaniyada isə 14-cü yerdədir. Mərkəzi Frankoniyanın böyük sənaye şəhəridir.

Nürnberq
Nürnberg
BayraqGerb[d]
BayraqGerb[d]
49°27′14″ şm. e. 11°04′39″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
İlk məlumat1050
Sahəsi
  • 186,45 km² (2016, 31 dekabr 2017)[2][3]
Mərkəzin hündürlüyü209 ± 0 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 523.026 nəf. (31 dekabr 2022)[4]
Rəqəmsal identifikatorlar
Telefon kodu+49 911
Poçt indeksi90402–90491
Nəqliyyat koduN
Digər
nuernberg.de
Xəritəni göstər/gizlə
Nürnberq xəritədə
Nürnberq
Nürnberq
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

Şəhərin əvvəli 1000-1040-cı illərə gedib çıxır. Həmin vaxtlarda Saksoniya, Bavariya, Şərqi Frankoniya və Böhmen ərazilərinin sərhəddlərinin möhkəmlənməsi ərəfəsində mühüm yolların kəsişən yerdə yaranmışdır. Burada salınan şəhər 1050ci ildə ilk dəfə olaraq imperator İİİHaynrihin verdiyi sənəddə "nuorenberg" (yəni daşlı dağ) kmi qeyd olunur. İmperatorun dayaq nöqtəsi kimi şəhər tezliklə məşhurlaşır.

1219-cu ildə imperator İİ Fridrix Nürnberqi azad şəhər elan edir. Bununla kiçik qraflıqların sonu çatır. Sonuncu qraf Vİ Fridrih öz titelini 1427-ci ildə şəhər bələdiyyəsinə satır.

Nürnberq bir çox imperatorların sevimli şəhərinə çevrilir. Bunların arasında İV Karl 1356-cı ildə burada qızıl öküz qoyur. 1423-cü ildə imperator Ziqmund imperiya klaynodlarını Nürnberqə verir.1470-1530-cu illər şəhərin çiçəklənmə dövrü adlanır. Şəhərin varlanmasına burada mövcud olan peşəkarlıq və onun avropada ticarət mərkəzində yerləşməsi əlverişli şərait yaratmışdır. Bu dövrdə Nürberq Köln və Praqa ilə birlikdə Roma imperiyasının ən böyük şəhərləri sayılırdılar.

30 illik müharibədə Nürberq bir çox hadisələrin mərkəzində olmuşdur. Şəhər zəbt edilməsə də onun ətrafında olan ərazilərəin talan olunması şəhərə iqtisadi cəhətdən güclü ziyan vurmuşdur. Müharibədən sonra 1649-cu ildə Nürnberqdə sülh sazişinin tərəfdarları bir neçə gün bu hadisəni bayram etmişlər.

Nürberqdə əsas hadisələrdən biri 1796-1806-cı illərdə baş verir. Bu ərəfədə Prussiya onunla qonşu olan Ansbaxı tutduqdan sonra Nürnberqidə ələ keçirir. Ancaq sonra Prussiya Nürberqdən onun borcunun çox olması ucundan imtina edir. Şəhərdə hökm sürən kasıblıq, korrupsiya və özbaşnalıq onun dağılma qorxusunu yaramışdır. Almaniya imperiyasının 25 fervral 1803-cü il qərarına əsasən Nürnberq fransızlar tərəfindən tutulana qədər azad qalır. 15 sentyabr 1806-cı ildə fransız ordusu şəhəri Bavariya şahlığına verir. Bavariya şahlığı şəhərin borclarını öz üzərinə götürərərk onun ödənilməsini tənzimləyir. Bavariya qanununa əsasən katoliklər protestantlarla eyni hüquqlu elan edilir.

XİX əsrin ortasında Nürberq sənaye mərkəzinə çevrilir. 1835-ci ildə ilk dəfə olaraq Almaniyada sərnişin qatarı Fürt və Nürnberq arasında işə salınır. XİX əsrin ikinci yarısında Nürnberqdə bürünc folyelərdən ibarət külçələrin hazırlanması ixtira edilir.

1920-ci ildə Nürnberqdə nasional sosialistlərin ilk yığıncaqları keçirilir. Buna baxmayaraq şəhər əsasən sosial demokratların mərkəzi hesab edilirdi.

Nasional sosialstlərin hakimiyyətə gəldikləri vaxt Nürnberq onların özəklərinin yerləşdiyi mərkəzə çevrilir və propaanda aparılmaısnda böyük rol oynayır.İkinci dünya müharibəsi ərəfəsində elə bu səbəbdən Nürnberq güclü hava hücumlarına məruz qalır. Müharibədən sonra şəhərin 90%-dən çoxu uçmuş hesab edilirdi. Ona görə də, hətta şəhəri qoyub başqa yerdə şəhər salmaq ideyaları da ortaya gəlir.

Müharibədən sonra bu şəhərdə tarixdə məşhur olan "Nürberq prosessləri" keçirilərək İİ dünya müharibəsində günahı olanlar hakim olunurlar.

Müharibədən sonra şəhər təmizlənərək demək olar ki, yenidən salınır. Bu zaman arxitektorlar əvəlki şəhər strukturuna əsas götürərək qədim və orta əsr abidələri müəyyən qədər bərpa olunur.

Əhalisi

Əhali artımı

1870 ilə qədər olan rəqəmlər təxmini rəqəmlərdir. Ondan sonrakılar şəhərin rəsmi orqanları tərəfindən aparılmış siyahı əsasında tərtib olunmuşdur.

İlSayı
13975.626
148536.000
162240.250
182737.012
1 dekabr 1871 ¹83.200
1 dekabr 1890 ¹142.590
1 dekabr 1900 ¹261.022
1 dekabr 1910 ¹333.142
16 iyun 1925 ¹392.494
16 iyun 1933 ¹410.438
İlSayı
17 may 1939 ¹401.672
13 sentyabr 1950 ¹363.224
6 uyun 1961 ¹420.711
27 may 1970 ¹473.555
30 iyun 1975503.900
30 iyun 1980483.900
30 iyun 1985466.100
27 may 1987 ¹470.943
30 iyun 1997491.700
2002493.397
2003494.400

¹ Əhalinin yenidən siyahıya alınmasının nəticələri

Vətəndaşlığına görə Xarici Ölkə Rezidentləri[5]
YerÖlkəƏhali (31.12.2018)
1 Türkiyə17,085
2 Rumıniya13,327
3 Yunanıstan11,893
4 İtaliya6,986
5 Polşa5,790
6 Xorvatiya5,614
7 Bolqarıstan5,327
8 İraq4,849
9 Suriya4,348
10 Serbiya3,097
11 Bosniya və Herseqovina2,903
12 Kosovo2,206

Coğrafiya

İqtisadiyyat

Ətraf mühit

Rayonları

Memarlıqı

Mədəniyyəti

Təhsil

İdman

Nəqliyyatı

Tanınmış sakinləri

Xüsusiyyətləri

Nürnberqi özünəməxsus görkəmi vardır. O həm Almaniyada, həm də bütün dünyada məşhur olan əlamətlərlə fərqlənir. İlk dəmir yolu, burada yaşamış Albreht Dürer kimi insanlar, muzeylər şəhərə şöhrət gətirmişdir. Nürberq orta əsrlərdə oyunçaq istehsalı üzrə dünyada məşhur olmuşdur. Bu tarixi əlamətlərdən başqa şəhərdə Adolf Hitlerin fəaliyyəti də şəhərin tarixinə düşmüşdür. Burada çoxlu sayda paradlar keçirilmişdir.

Müasir Nürnberqi məşhur edən orada hər il keçirilən xristian bayramındakı bazardır (Christkindlmarkt). Şəhərin mərkəzi meydanı çoxlu sayda kiçik çadır satıcı piştaxtaları ilə dolur. Meydanda yarmarkalar, oyuncaqlar quraşdırılır. Bu yarmarka 2-3 həftə davam edir. Hər il Nürnberq yarmarkasına 2 milyona qədər turist gəlir.

Qalereya

İstinadlar

Xarici keçidlər