Naqoya

Naqoya (yap. 名古屋) - Yaponiyanın Xonsyu adasında liman-şəhər.Tokay rayonunun iqtisadiyyatı Naqoya limanından asılıdır. Liman bir ildə 110 mln. ton yük mübadiləsi aparır.

Nagoya

Əhalisi

Naqoya şəhəri Yaponiyanın ən sıx məskunlaşmış 4-cü şəhəridir.[1] Əhalisinin sayı 2220738 (2006) nəfərdir.

Turizm

Zəngin və qədim mədəni irsə malik şəhərin iqlimi çox əlverişli, əhalisi isə mehriban və qonaqpərvərdir.[1] Şəhərin tanınmış yerlərindən Tokuqava muzeyini, Naqoya qəsrini, Botanika bağını, Hiqasiyama zooparkını, Hərbi-dəniz arsenalını, Atsuta sintoit məbədini, Nittaydzi ibadətgahını, Naqoya televiziya qülləsini, stansiyasını, Midlend meydanını, Toyota avtomobil muzeyini, Naqoya Noh teatrını və s. qeyd etmək olar.[1]

İstinadlar

Xarici keçidlər