Nemanya Matiç

Nemanya Matiç (serbcə: Немања Матић) İngiltərənin Mançester Yunayted klubunda və Serbiya milli yığmasında forma geyinən serbiyalı müdafiəyə meyilli yarımmüdafiəçidir. O, meydanda öz döyüşkən oyun stili ilə fərqlənən futbolçudur.[2]

Nemanya Matiç
serb. Nemanja Matić
Matiç 2014-cü ildə Çelsidə olarkən
Matiç 2014-cü ildə Çelsidə olarkən
Ümumi məlumatlar
Tam adıNemanya Matiç
Doğum tarixi (35 yaş)
Doğum yeriŞabats, Yuqoslaviya
VətəndaşlığıSerbiya Serbiya
Boyu194[1]
Çəkisi85 kq
MövqeyiYarımmüdafiəçi
Əsas ayağıSol
Klub haqqında məlumat
KlubMançester Yunayted
Nömrəsi31
Karyerası
Gənclik karyerası
1993–1997Vrelo
1997–2000Obrenovats 1905
2000–2004Srvena Zvezda
2004–2005Partizan
2005–2006Yedinstvo Ub
Klub karyerası[* 1]
2006–2007Kolubara
2007–2009Koşice70 (4)
2009–2011Çelsi2 (0)
2010–2011Vitess (icarə)27 (2)
2011–2014Benfika56 (6)
2014–2017Çelsi121 (4)
2017–Mançester Yunayted1 (0)
Milli yığma[* 2]
2008–2010Serbiya U-2111 (2)
2008–Serbiya32 (1)

Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Matiç peşəkar futbol karyerasına Kolubara klubunda başlamış, 2007-ci ildə Slovakiyanın Koşitse klubuna transfer olmuşdur. O, 2009-cu ildə 1.5 milyon funt-sterlinq qarşılığında İngiltərənin Çelsi klubuna keçmişdir. 2011-ci ilin yanvarında Portuqaliyanın Benfika klubuna transfer olan Matiç, 2013-cü ildə Portuqaliya çempionatının ən yaxşı futbolçusu adına layiq görülmüşdür. Matiç 2014-cü ilin yanvarında 21 milyon funt-sterlinq qarşılığında yenidən Çelsiyə transfer olmuş, burada da bir sıra mükafatlara layiq görülmüş və 2017-ci ilin iyul ayında keçmiş baş məşqçisi Joze Mourinyonun başçılıq etdiyi Mançester Yunayted klubuna transfer olmuşdur.[3]

2008-ci ildə ilk dəfə Serbiya milli yığmasının heyətində debüt edən Matiç indiyə qədər bu millinin heyətində 30-dan çox oyuna çıxmışdır.

Şəxsi həyatı

Matiçin kiçik qardaşı Uroş da peşəkar futbolçudur. O, hazırda Danimarka çempionu olan Kopenhagen klubunda karyerasını davam etdirir.[4] Matiçin babası əslən makedoniyalıdır. Həmçinin, onun anası da Makedoniyanın Volkoviya kəndindəndir.[5]

Uğurları

Klub

Koşitse

  • Slovakiya kuboku: 2008-09

Çelsi

Benfika

  • Portuqaliya çempionatı: 2013-14[6]
  • Portuqaliya kuboku: 2011-12

Şəxsi

  • Portuqaliya çempionatında ilin ən yaxşı futbolçusu: 2012-13
  • Serbiyada ilin futbolçusu: 2014[7], 2015[8]
  • Portuqaliya çempionatında ayın futbolçusu: Dekabr 2012, Yanvar 2013, Aprel 2013
  • FİFA Puşkaş mükafatı: 2013 (ikinci yer)[9]
  • İngiltərədə ilin heyəti: 2014-15[10]

Həmçinin bax

İstinadlar

Xarici keçidlər