Odsonn Eduard

Odsonn Eduard (fr. Odsonne Édouard; 16 yanvar 1998[1], Kuru[d], Fransa Qvianası, Fransa) — Fransa futbolçusu, Şotlandiya futbol klubu olan "Seltik" klubunun hücumçusu.

Odsonn Eduard
fr. Odsonne Édouard
Eduard 2016-cı ildə Tuluza klubunda çıxış edərkən
Eduard 2016-cı ildə Tuluza klubunda çıxış edərkən
Ümumi məlumatlar
Tam adıOdsonn Eduard
Doğum tarixi (26 yaş)
Doğum yeri
Vətəndaşlığı
Boyu187
Çəkisi83 kq
MövqeyiHücumçu
Klub haqqında məlumat
KlubŞotlandiya Seltik
Nömrəsi22
Karyerası
Gənclik karyerası
2004—2011Fransa Bobini
2011—2016Fransa Pari Sen-Jermen
Klub karyerası[* 1]
2015—2016Fransa Pari Sen-Jermen B15 (5)
2016—2018Fransa Pari Sen-Jermen0 (0)
2016—2017 Fransa Tuluza16 (1)
2017—2018 Şotlandiya Seltik22 (9)
2018—h.hŞotlandiya Seltik31 (15)
Milli yığma[* 2]
2014—2015Fransa Fransa U-1712 (15)
2015—2016Fransa Fransa U-189 (4)
2016—2017Fransa Fransa U-1913 (5)

Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Eduard "Bobini" klubunun akademiyası vasitəsilə inkişaf etmişdir. O, 2011-ci ilin iyul ayında "Pari Sen-Jermen" klubu ilə müqavilə imzalamış, 2016–17 mövsümündə isə Liqa 1 təmsilçilərindən olan "Tuluza" klubuna icarəyə verilmişdir. Növbəti mövsümü "Seltik" klubuna icarə əsasında keçirmiş və klub ilə yerli treblı qazanmışdır.

Eduard Fransa millisinin müxtəlif yaş qruplarında çıxış etmişdir. O, 2015 UEFA Avropa U-17 Çempionatında millisinin əsas aparıcı oyunçusu olmuş və Ən yaxşı oyunçuQızıl ayaqqabı mükafatlarının sahib çıxmışdır.

Klub karyerası

Pari Sen-Jermen

Erkən illəri

Eduard 2011-ci ildə həvəskar klub olan Bobini klubundan Pari Sen-Jermen Akademiyasına transfer olmuşdur.[2][3] O, ilk şöhrətini 2013–14 mövsümündə klubun U-17 komandasında bombardir olmaqla əldə etmişdir. Eduard U-17 Milli çempionatında 22 oyunda 25 qolla yadda qalmışdır. O, növbəti mövsümdə U-17 komandası ilə 14 liqa oyununda 22 dəfə fərqlənməyi bacarmış və Al Kass Kubokunu qazanan heyətin tərkibində yer almışdır. Həmin turnirdə Eduard 5 oyunda 3 qolla yadda qalmışdır.[4][5] O, klubun U-19 komandası ilə iki UEFA Gənclər Liqası görüşündə, Qambardella Kuboku oyununda və yeddi U-19 Çempionatı görüşündə yeddi dəfə fərqlənməyi bacarmışdır. İki ilə ərzində o, klubun gənc komandaları ilə 60-dan çox qol vurmuş, "Roket" və "Sehrli Odsonn" ləqəblərini qazanmışdır.[6]

2015–16 mövsümü ərzində Eduard həm U-19, həm də CFA komandasında çıxış etmişdir. 2016-cı ilin yanvar ayında o, klubun azarkeşləri tərəfindən seçilən mövsümün ən yaxşı akademiya oyunçusuna verilən 2015 Titi d'Or mükafatının qalibi olmuşdur.[7] Mükafatı əvvəlki illərdə Kinqsli Koman və Jan-Kevin Oqustin kimi istedadlı futbolçular qazanmışdır. PSJ həmin mövsüm Gənclər Liqasının finalında oynamış, lakin "Çelsi" klubuna 1–2 hesabı ilə məğlub olmuşdur. Eduard turnir ərzində üç qol və üç assistlə yadda qalmışdır.[8]

27 aprel 2016-cı ildə Eduard "Pari Sen-Jermen" klubu ilə ilk peşəkar müqaviləsini imzalamışdır.[2][3][8] 2016–17 mövsümünün hazırlıq mərhələsində o, PSJ klubu ilə 2016 Beynəlxalq Çempionlar Kubokunda iştirak etmişdir.[9] O, qeyri-rəsmi debütünü "Lester Siti" klubuna qarşı oyunda etmişdir. Eduard 79-cu dəqiqədə meydana daxil olmuşdur. Beynəlxalq Çempionlar Kubokunun son oyun günündə PSJ rəqibinə 4–0 hesabı ilə qalib gəlmişdir.[10][11] Qələbə nəticəsində PSJ Çempionlar Kubokunun qalibi olmuşdur.[12]

Tuluzada icarə

8 avqust 2016-cı ildə Eduard "Tuluza" klubuna mövsüm sonuna kimi icarəyə verilmişdir.[13][14][15][16] O, klub ilə debütünü 14 avqust 2016-cı ildə "Marsel" klubuna qarşı oyunda etmişdir. O, 74-cü dəqiqədə İssiaqa Sillanı əvəz etmiş və komandası rəqibi ilə 0–0 hesabı ilə heç-heçə qalmışdır.[17] Eduard karyerasında ilk peşəkar qolunu 19 noyabrda "Mets" klubuna qarşı oyunda vurmuş və komandası rəqibinə 1–2 hesabı ilə məğlub olmuşdur.[18]

30 mart 2017-ci ildə Eduard 11 fevral tarixində yoldan keçən bir şəxsi vurmaqda və başından yaralamaqda şübhəli bilinmişdir.[19] Hadisə nəticəsində o, polis tərəfindən sorğu altına alınmış və onun icarəsinə "Tuluza" klubu tərəfindən vaxtından əvvəl xitam verilmişdir.[20] İcarənin xitamına qədər Eduard 17 görüşdə iştirak etmiş və 1 qolla yadda qalmışdır. Daha sonra müəyyənləşdi ki, hadisəni törədən onun komanda yoldaşı Mateu Kafarodur. O, silahdan atəş açdığını etiraf etmişdir.[21] Daha sonra Kafaro müraciətini geri götürmüşdür. 13 iyunda Tuluza Prokuroru Eduardı 4 aylıq şərti həbs cəzası və €6,000 pul cəzası ilə cəzalandırmışdır. Məhkəmə zamanı Eduard Kafaronun həmin şəxsə atəş açdığını iddia etmişdir. Kafaro isə atışma zamanı avtomobildə olmadığını bildirmişdir.[22] 4 iyul tarixində Eduard Tuluza Təqsirləndirmə Məhkəməsi tərəfindən 4 aylıq həbs cəzasına məhkum edilmişdir. Bundan əlavə o, €6,000 cərimə ödəməli və qulağından yaralanan zərərçəkənə tibbi bərpası üçün €2,600 verməli idi.[23]

"Seltik"

PSJ-dən icarə

31 avqust 2017-ci ildə Eduard "Seltik" klubuna mövsüm sonuna kimi icarəyə verilmişdir.[24] O, klub ilə debütünü 8 sentyabrda "Hamilton Akademikal" klubuna qarşı oyunda etmişdir. Həmin görüşdə Seltik rəqibinə 4–1 hesabı ilə qalib gəlmişdir.[25] Həmin ilin sonunda, yəni 2 dekabrda o, Motervell klubu ilə görüşdə ilk het-trikini etmişdir. Seltik Parkda keçirilən görüşdə Seltik rəqibinə 5–1 hesabı ilə qalib gəlmişdir.[26] O, üç gün sonra UEFA Çempionlar Liqasında debüt etmişdir. Eduard Anderlext klubu ilə qrup görüşündə Mussa Dembeleni əvəz etmişdir.[27]

11 mart 2018-ci ildə o, "Reyncers" klubuna qarşı Old Firm derbisinin 69-cu dəqiqəsində qələbə topunun müəllifi olmuşdur. Aybroks stadionunda keçirilən görüşdə Seltik rəqibinə 3–2 hesabı ilə qalib gəlmişdir. 29 apreldə Eduard klubunun 5–0 hesablı qələbə qazandığı görüşdə iki qolla yadda qalmış və klubu ardıcıl yeddinci dəfə liqanın qalibi olmuşdur.[28][29] O, Seltik klubu ilə yerli trebl etdiyi mövsümün sonuna kimi 29 görüşdə iştirak etmişdir.[27]

Birdəfəlik alma

15 iyun 2018-ci ildə "Seltik" klubu ilə dörd illik müqavilə imzalamışdır. Bu transfer klubun ən bahalı transferi olmuşdur.[30] Ödənən məbləğ 2000 və 2001-ci illərdə Kris Satton və Con Hartson üçün ödənən £6 milyondan çoxdur. Güman olunur ki, Eduard üçün £8 milyon ödənmişdir.[31] Növbəti ayda 2018 Golden Boy mükafatına namizəd olan 100 nəfərlik siyahıda adı verilmişdir. O, Şotlandiyada çıxış edən futbolçular arasında namizəd olan yeganə futbolçu olmuşdur.[32] O, klub ilə ikinci dəfə debütünü "Alaşkert" klubuna qarşı 2018–19 UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsi görüşündə etmişdir. Eduard birinci qolun müəllifi olmuş və komandası rəqibinə 3–0 hesabı ilə qalib gəlmişdir.[33] Fransız növbəti turda Seltik Parkda "Rosenborq" klubu ilə görüşdə 2 qolla yadda qalmış və komandası rəqibinə 3–1 hesabı ilə qalib gəlmişdir. Baş məşqçi Brendan Rocers onu 'top hücumçu' adlandırmışdır.[34][35]

25 may 2019-cu ildə Eduard "Harts" klubuna qarşı Şotlandiya Kubokunun final görüşündə dublla yadda qalmış və Seltik mövsümü "trebl" ilə başa vurmuşdur.[36]

Milli karyerası

Klub səviyyəsində uğurlu çıxış etdikdən sonra Eduard baş məşqçi Jan-Klod Quitini tərəfindən 2015 UEFA Avropa U-17 Çempionatında iştirak etmək üçün milliyə dəvət almışdır. Fransa 15 qol vuraraq turnirin qalibi olmuşdur. Eduard beş oyunda 8 qol vuraraq turnirin bombardiri olmuş və həmçinin yeni rekord müəyyənləşdirmişdir. O, həmçinin turnirin ən yaxşı oyunçusu seçilmişdir.[37][38][39][40] O, Almaniya millisinə qarşı final görüşündə het-triklə yadda qalmışdır.[41]

Karyera statistikası

Klub

26 dekabr 2018 tarixində yenilənib[42]
Klublarına görə oyunları və qolları, mövsümləri və turnirləri
KlubMövsümLiqaKubokLiqa KubokuAvropaDigərÜmumi
DiviziyaOyunQolOyunQolOyunQolOyunQolOyunQolOyunQol
Tuluza (icarə)2016–17Liqa 11610010171
Seltik2017–18 (icarə)Premyerşip22932103[a]0002911
2018–191790030115003114
Ümumi karyera48235240165007430
Ümumi karyera64245250165009131

Uğurları

Klub

Pari Sen-Jermen U19
  • UEFA Gənclər Liqası İkinci yer: 2015–16[43]
Seltik

Milli komanda

Fransa

Fərdi


İstinadlar

Xarici keçidlər