Padua Universiteti

Padua Universiteti (it. Università degli Studi di Padova - UNIPD) — İtaliya Respublikasının Padua şəhərində yerləşən ali təhsil müəssisəsi; Dünyanın ən qədim ali məktəblərindən biridir.[1]

Padua Universiteti
UNIPD
Università degli Studi di Padova
Xəritə
45°25′12″ şm. e. 11°52′12″ ş. u.
Şüarit. Universa universis patavina libertas
(azərb. Paduanın müstəqilliyi bəşəridir və hər kəs üçündür‎)
Əsası qoyulub1222
TipDövlət
RektorCüzeppe Zakkaria
Tələbə sayı59,317
ŞəhərPadua şəhəri
Ölkə
Saytunipd.it
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

1222-ci ildə yaradılmış Padua Universiteti İtaliyanın və ümumiyyətlə Avropanın ən qədim universitetlərindən biridir.[2] Həmin vaxt akedemik azadlıqlar uğrunda rəhbərliklə mübahisə yaşamış və bu səbəbdən Bolonya Universitetini tərk etmiş tələbə və müəllimlər tərəfindən Padua Universiteti yaradılmışdır.[2] Universitet ilkin olaraq anatomik mərkəz kimi fəaliyyət göstərirdi; hansı ki, bura həmin dövrlərdə ictimai təzyiqlər altında insan bədənini öyrənən alimlər və rəssamlar üçün nəzərdə tutulmuşdu.

Universitet 1339-cu ildən 1813-cü ilə qədər iki təşkilata – "Universitas Artistarum" və "Universitas Iuristarum"a bölünmüşdü.[2] "Universitas Artistarum"da mülkilik, hüquq və ilahiyyat, "Universitas Iuristarum"da isə astronomiya, dialektika, fəlsəfə, qrammatika, tibb və natiqliq sənəti tədris edilirdi.[2]

Girolamo Martinenqonun diplomu, 1582-ci il.

Padua Universiteti İntibah dövründə əsas elm (astronomiya, tibb, hüquq) mərkəzlərindən birinə çevrilmişdir.[2] Burada Covanni Piko della Mirandolla, Nikolay Kuzanus, Nikolay Kopernik, Pietro Bembo, Torkvato Tasso, Qalileo Qaliley, Andreas Vezali kimi dahilər təhsil almış və müəllimlik fəaliyyəti ilə məşğul olmuşlar.[2] 1678-ci ildə dünyada ilk dəfə qadın – Yelena Kornaro Piskopiya fəlsəfə üzrə doktorluq dərəcəsi əldə etmişdir.[2]

XIX-XX əsrlərdə universitetdə desentralizasiya tendensiyaları müşahidə edilmiş və Paduanın sərhədlərindən kənarda laboratoriya və kampuslar yaradılmışdı.[2] 8 fevral 1848-ci ildə 1848-1849-cu illərin inqilabı zamanı tələbələrin Avstriya hökmranlığına qarşı üsyanı baş verir.[2] Bunun nəticəsi olaraq universitet 1850-ci ilə qədər bağlı qalmışdır.[2] 1995-ci ildə isə universitetə müstəqillik verən yeni nizamnamə qəbul edilmişdir.[2]

Simvolları

Universitetin devizi belədir:[2]

it. Universa universis patavina libertas (azərb. Paduanın müstəqilliyi bəşəridir və hər kəs üçündür‎).

Fakültələri

Hazırda universitetdə 13 fakültə var (2014)[2]:

  • Humanitar elmlər;
  • Fəlsəfə;
  • İqtisadiyyat;
  • Mühəndislik;
  • Hüquq;
  • Fizika-riyaziyyat;
  • Tibbi cərrahlıq;
  • Əczaçılıq;
  • Kənd təsərrüfatı;
  • Psixologiya;
  • Politologiya;
  • Statistik;
  • Veterinar.

Xarici əlaqələri

Hələ orta əsrlərdə burada bütün Avropadan gələn tələbələr təhsil alırdı və "milliyyətlərə" bölünürdülər.[2]

Universitetin rəhbəri Avrasiya İpək Yolu Universitetləri Konsorsiumunun İcraedici Şurasına daxildir.[3][4]

Koimbra qrupunun üzvüdür.[5]

Reytinqi

"Academic Ranking of World Universities"dəki yeri:[6]
2003[7]2004[8]2005[9]2006[10]2007[11]2008[12]2009[13]2010[14]2011[15]2012[16]2013[17]2014[18]2015[19]
152-200153-201153-202151-200151-202152-200152-200151-200151-200151-200151-200151-200151-200

Şəkilləri

Məzunları

Həmçinin bax

İstinadlar

Xarici keçidlər

  • unipd.it — Padua Universitetinin rəsmi saytı