Portal:Coğrafiya

redaktə  

Coğrafiya

A Terra, planeta dinâmico em que vivemos.
A Terra, planeta dinâmico em que vivemos.

Coğrafiya (yun. γεωγραφία, yerin təsviri, γεια – Yer, torpaq və γραφειν – yazmaq, təsvir etmək) — təbii və istehsal ərazi komplekslərini və onların komponentlərini tədqiq edən təbiət və ictimai elmlər sistemi. Təbiət və ictimai coğrafiya elmlərinin vahid sistem şəklindəki birliyi.

İlk əvvəl coğrafiya Yer haqqında ensiklopedik elm olmuşdur. Diferensasiya prosesində birinci növbədə iki əsas qola ayrıldı: fiziki coğrafiya və iqtisadi coğrafiya. Bunun səbəbi həmin elimlərin öyrəndiyi obyektlərin müxtəlifliyi idi. Fiziki coğrafiya təbiət elmlərinin kəşf etdikləri qanunları rəhbər tutur, iqtisadi coğrafiya isə ictimai elmdir. İqtisadi coğrafiya ictimai istehsalat-sənayeni, kənd təsərrüfatını, həmçinin əhalini, onların yerləşməsini və istehsalat-ərazi komplekslərini öyrənir. İqtisadi coğrafiya da fiziki coğrafiya kimi ümumi və regional hissələrə ayrılır.

Coğrafiya elmləri sisteminə həmçinin kartoqrafiya daxildir. Bu elm texniki elmdir, lakin o, coğrafiyanın inkişafına səbəb olmuş, hətta bəzən onu qabaqlamışdır. Onun əsas məqsədi təbiət obyektlərinin, hadisələrinin və cəmiyyətin məkanca yerləşməsini, uyğunlaşmasını, qarşılıqlı əlaqəsini, dəyişməsini əks və tədqiq etməkdən ibarətdir.

redaktə  

Qitələr

redaktə  

Seçilmiş məqalə

Peterhof (alm. Petershof‎, nid. Peterhof — "Pyotr həyəti", 1944-cü ildən - 1997-ci ilə kimi — Petrodvorets) — Rusiya ərazisində yerləşən şəhər. Peterhof, Petrodvorets rayonunun bir hissəsi olaraq bələdiyyə mərkəzi və Sankt-Peterburqun federal əhəmiyyətli şəhəri hesab olunur. Fin körfəzinin cənub sahilində yerləşir. Sankt-Peterburqun qərbində, dəmir yolu ilə 29 km məsafədə yerləşən böyük və əhəmiyyətli bir turizm, elm və təhsil mərkəzidir.Şəhərdə "Yeni Peterhof", "Köhnə Peterhof" və Oktyabr DY-nun və Baltik xəttinin "Universitet" stansiyaları yerləşir. Fin körfəzinin əsas liman şəhərlərindən biridir. Əhali sayı - 73,2 min nəfərdir (2010-cu ilin siyahıyaalmasına görə).

redaktə  

Yaxşı məqalə

Laptevlər dəniziŞimal Buzlu okeanın akvatoriyasına daxil olan dəniz. Sibirin şimalında, Taymır yarımadası, Şimal Torpağı (qərb) və Yeni Sibir adaları (şərq) arasında yerləşir. Dəniz rus qütb tədqiqatçıları, iki əmioğlu Dmitri və Xariton Laptevlərin şərəfinə adlandırılmışdır. Dəniz sərt kontinental iqlimə və 0 °C-dən aşağı temperatura malikdir. Bütün Arktik dənizlərdə olduğu kimi duzluğu nisbətən zəifdir. İlin on ayı buzla örtülü olur. Əsasən avqust və sentyabr ayları buzdan azad olur. Kasıb flora və faunaya malikdir.

Adalarının bir çoxunda yaxşı qalmış mamont qalıqları vardır. Dəniz dibində zəngin faydalı qazıntıların olması ehtimalı yüksəkdir. Sahilində yerləşən ən böyük yaşayış məntəqəsi və limanı Tiksi qəsəbəsidir. Sahilləri inzibati baxımından Rusiya Federasiyasının Krasnoyarsk diyarı (Taymır Dolqan-Nenes rayonu) və Saxa Respublikası (Ust-Yana, Bulunski və Anabar ulusları) ərazisinə daxildir.

redaktə  

Şəxs

Fridrix Ratsel alm. Friedrich Ratzel‎ (1844-1904) — Alman etnoloqu, sosioloqu və coğrafiyaşünası.Diffuziyonizmin ilk nümayəndələrindən biri olan Fridrix Ratsel antropocoğrafiyanın əsasını qoymuşdur. İxtisasına görə isə o, təbiətşünas, zooloq, müqayisəli anatomiya və paleontologiya alimi idi. Əvvəlcə Münhen, 1886-cı ildən Leypsiq universitetlərinin coğrafiya üzrə professoru olan Ratsel "Antropocoğrafiya" (1882-1891), "Xalqşünaslıq" (1885-1888), "Torpaq və həyat" (1901-1902) və digər əsərlərində insanların yer üzərində yayılma arealını göstərməklə mədəniyyətin inkişafının coğrafi şəraitdən asılı olması ideyasını əsaslandırmağa cəhd etmişdir.

redaktə  

Bilirsinizmi?

redaktə  

Kateqoriyalar

redaktə  

Seçilən şəkil

redaktə  

Təbiət möcüzələri

Tri Brata (Üç qardaş) — qrup şəkilindən dəniz üzərinə çıxmış üç qaya. Avaçi buxtasının girişində yerləşir. Adalar istər Petropavlovsk-Kamçatski şəhəri və Avaçi buxtasının simboludur.Əfsanəyə görə bu qayalar buxtanı sunamidən qoruyur.

redaktə  

Bu ayda...

redaktə  

Maraqlı faktlar

Polşada olan Velna və Nelba çayları bir biri ilə 90˚ ilə birləşir.

redaktə  

Seçilmiş məzmun

redaktə  

Vikimediya

Coğrafiya Vikixəbərdə Coğrafiya Vikisitatda Coğrafiya Vikikitabda Coğrafiya Vikimənbədə Coğrafiya Vikilüğətdə Coğrafiya Vikiversitetdə Coğrafiya Vikianbarda
XəbərlərSitatlarDərsliklər və təlimat kitabçalarıMətnlərSözlərDərs resurslarıMediafayllar