Portal:Tibb
redaktə "Medicus curat, natura sanat - Təbiət sağaldır, həkim kömək edir".redaktə Seçilən məqaləQaraciyər (yun. hepar, lat. jecur) İnsanda uyunsov dördbucaq şəklində, yastı və tutqun qırmızı rəngdə və 1500 qram ağırlıgındadır. Qaraciyər asan kəsilir və didilir; ona görə çox vaxt yüngül bir təzyiqdən və ya zədədən tez parçalanır. Bədəndən çıxarılmış qaraciyər yumuşaq olduğu üçün öz şəklini itirir.Qaraciyərin iki səthi: yuxarı çıxıq diafraqma səthi – lat. facies diaphragmatica (facies superior – BNA) və aşağı basıq visseral səthi – lat. facies visceralis (facies inferior – BNA). Yuxarı səthi peritondan əmələ gəlmiş lat. lig. falciforma hepatis vasitəsilə iki paya bölünür: sağ pay – lat. lobus hepatis dexter və sol pay – lat. lobus hepatis sinister; sağ pay sol paydan böyük və qalındır. Diafraqma səthində yuxarı hissə – lat. pars superior, ön hissə – lat. pars anterior, sağ hissə – lat. pars dextra və dal hissə – lat. pars posterior (facies posterior – BNA) ayırd edilir. Aşağı səthi bir az arxaya çevrilmişdir və üzərində üç şırım vardı: biri kındələn – qaraciyər qapısı – lat. porta hepatis və ikisi boylamadır (sağ və sol).Bu şırımlar hamısı bir yerdə "H" hərfinə bənzəyir. Sağ boylama şırımın ön hissəsində ödlük və arxa hissəsində aşağı boş vena yerləşmişdir, ona görə ın hissəyə ödlük çuxuru – lat. fossa vesica felleae, arxa hissəyə – lat. sulcus (fossa – BNA) venae cavae deyilir. redaktə Seçilən şəkilredaktə Dərman bitkiləriAdi zirə — carum cinsinə aid bitki növü. Yoğun köklərə malikdir. Yerüstü gövdəsi şırımlıdır, yuxarı hissəsi budaqlıdır. Yarpaqları dövrəsində uzunsovdur, aşağıdakılar uzun saplaqlıdır. Çiçəkləri çətir şəklində yerləşmişdir, ləçəkləri ağdır və ya çəhtrayı rəngdədir. Meyvəsi dənəcikdən ibarətdir. Qeyd olunan rayonların subalp və alp çəmənliklərində; meşə açıqlıqlarında, çay kənarlarında zirə bitkisinə daha tez – tez təsadüf edilir. Qiymətli bitki olduğu üçün Azərbaycanın əksər rayonlarında çoxdan bəri becərilir. Elmi təbabətdə zirənin meyvəsindən istifadə olunur. Belə ki, meyvələri yetişənə az qalan vaxtda bitkinin yerüstü hissəsi çin və ya oraqla biçilib yığılır, sonra dərz bağlanır və bir müddət açıq havada qurudulub, tədarük məntəqəsinə göndərirlər. Burada qurudulmuş zirə otundan meyvələrini xırmanda döymək yolu ilə və ya xüsusi maşın vasitəsilə ayırıb təmizləyir, torbalara doldurub, aptek anbarlarına göndərirlər. redaktə DərmanlarPiritramid (1-(3-tsiano-3,3-difenilpropil)-[1,4 -bipiperidin]-4-karboksamid; sinonimi: Dipidolor, Piridolan, Pirium) μ-reseptor aqonist sintetik opioid, cərrahi əməliyyatlar zamanı və xüsusən əməliyyat sonrakı ağrılara qarşı istifadə olunan güclü və sürətli təsirə malik narkotik ağrıkəsici.Piritramid 1960-cı ildə Paul Yanssen tərəfindən sintez olunaraq, 4- aminopiperidin törəməsi patenti altında klinikada tətbiq olunmağa başlanılmışdır. Preparat Avropa qitəsində xüsusilə Almaniyada geniş tətbiqini tapmış olsa da İngiltərə-Amerika dil arealında az tanınır.Analgetik qüvvəsi 0,7 olub, 15-20 mq pritramid təxminən 10-15 mq morfin ekvivalentindədir. Ürəkbulanma, qusma və tənəffüsün depressiyası kimi əlavə təsirləri morfinlə müqayisədə çox aşağıdır.Piritramid Almaniya və Avstriyada Dipidolor adı altında istehsal və istehlak olunur. redaktə Bilirsinizmi
redaktə Tibbin şöbələri
redaktə Tibbi indekslər: Xəstəliklər • Simptomlar • Sindromlar • Dərmanlar • Terminlər • Müdaxilələr • Ləvazimatlarredaktə Hippokrat andı
redaktə Təqvim
redaktə Mərhəmət1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri Rusiyanın 366-cı motoratıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, etnik azərbaycanlılara qarşı baş vermiş soyqırım. Qətlə yetirilənlərin sayı 613 nəfər, bunlardan 63 uşaq, 106 qadın və 70 qoca olmuşdur. 8 ailə tam məhv edilmiş, 25 uşaq hər iki, 130 uşaq isə bir valideynini itirmiş, 487 yaralının 76-sı uşaqlar olmuş, 1275 nəfər əsir alınmış, 150 nəfər itkin düşmüşdür. Bu faciə Dağlıq Qarabağ münaqişəsi zamanı baş vermiş ən dəhşətli hadisələrdən biridir. redaktə Kateqoriyalarredaktə Əlaqəli portallar |